Nəqliyyat Nazirliyi Bakıya və rayonlara avtobusların gecə reyslərini qadağan etdi

img

06-05-2010 [05:51]


Sərnişin daşınmasında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar olaraq tədbirlər davam etdirilir. Nəqliyyat Nazirliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, 06 may 2010-cu il tarixdən etibarən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan həm beynəlxalq, həm də şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilir. Belə ki, gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulur. Saat 01.00-dan 06.00-dək isə sürücülərin istirahət vaxtı kimi müəyyənləşdirilir. Bakıdan müxtəlif istiqamətlərə gedən avtobusların yoladüşmə vaxtı isə saat 17.00-dan sonra məhdudlaşdırılır. Nəqliyyat Nazirliyi sürücüləri və sərnişinləri ehtiyatlı olmağa və vəziyyəti düzgün qiymətləndirməyə çağırır. Çünki atılan addımlar yalnız vətəndaşların təhlükəsizliyi məqsədini daşıyır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA