Səlim Müslümov DSMF-da veteranlarla görüz keçirib

img

06-05-2010 [04:52]


Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sumqayıt şəhər şöbəsində 1941-1945-ci illər müharibəsində qələbənin 65-ci ildönümü ilə əlaqədar bir qrup Böyük Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib. Fondun ictimaiyyətlə əlaqələr sektorundan MİA-ya verilən məlumata görə, tədbirdə qurumun sədri Səlim Müslümov çıxış edib. DSMF sədri İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətlərindən danışaraq dövlətin bu şəxslərə qarşı daim diqqət və qayğı göstərildiyini deyib. O, prezidentin ?1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə milli proqram?ın təsdiq edilməsi haqqında?, həmçinin ?1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə? sərəncamlarını müharibə veteranlarına dövlət qayğının nümunəsi kimi dəyərləndirib. Səlim Müslümov bildirib ki, artıq ötən həftə 1941-1945-ci illər müharibəsi iştirakçılarına 500 manat, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə isə 200 manat birdəfəlik maddi yardımın çatdırılması yekunlaşıb: ?Nəzərə çatdırım ki, 1941-1945-ci illər müharibəsi iştirakçılarına dövlət tərəfindən verilən birdəfəlik maddi yardımların ən yüksək məbləği Azərbaycanda qeydə alınıb. Məsələn, Qazaxıstanda bu məbləğ Azərbaycan manatı ilə götürsək təxminən 357 manat, Ukraynada 100 manat, Belarusda 135 manat, Rusiyada 138 manat təşkil edib?. Fond sədri deyib ki, prezident İlham Əliyevin ?1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə milli proqram?ına uyğun olaraq hazırlanan təkliflər əsasında 01 yanvar 2010-cu il tarixdən etibarən Böyük Vətən müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılıb. Daha sonra çıxış edən Böyük Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qaygıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Tədbirdə vurğulanıb ki, məhz ulu öndər müstəqilik dövründə hakimiyyətə gəldikdən sonra 90-cı illərin əvvəllərində Böyük Vətən müharibəsi iştirakçılarına qarşı yaranan ögey münasibət aradan qalxdı, müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı göstərildi. Görüşün sonunda Böyük Vətən müharibəsi iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA