Mərkəzi Bank uçot dərəcəsinə yenidən baxa bilər - Dollarla bağlı

img

13-10-2016 [10:54]


Azərbaycan Mərkəzi Bankı (AMB) bundan sonra da uçot dərəcəsini makroiqtisadi göstəricilərin dinamikası, o cümlədən inflyasiya üzrə meylləri, habelə maliyyə bazarlarında gedən prosesləri nəzərə alınmaqla müəyyənləşdirəcək. 

Mia.az xəbər verir ki, bunu "APA-Economics"in sorğusuna cavab olaraq AMB-dən bildiriblər.

"İnflyasiyanın azalması və onun yenidən yüksəlməsi riskləri səngidiyi halda uçot dərəcəsinin azaldılması məsələsinə baxıla bilər", - deyə cavabda vurğulanır.

Qeyd edək ki, hazırda AMB-nin uçot dərəcəsi 15% səviyyəsindədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA