Müdafiə naziri Səfər Əbiyev müharibə veteranları ilə görüzüb

img

06-05-2010 [03:12]


Mayın 6-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin faşizm üzərində Qələbənin 65 illik yubileyi münasibəti ilə müharibə veteranları ilə görüşü olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, nazir bildirib ki, qələbənin əldə edilməsində həmvətənlərimiz istər ön cəbhədə, istərsə də arxa cəbhədə misilsiz rəşadətlər göstəriblər. Azərbaycan Respublikası prezidentinin ?1941-1945-illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram?ın təsdiq edilməsi barədə xüsusi sərəncam imzaladığını deyən Səfər Əbiyev bu qərardan irəli gələn tələblərin yerinə yetirilməsi ilə əlaqədar Müdafiə Nazirliyi tərəfindən müxtəlif silsilə tədbirlərin həyata keçirildiyini bildirib. Görüşün sonunda müdafiə naziri Səfər Əbiyev veteranları bir daha təbrik edərək onlara ?Qələbənin 65 illik yubileyi medalı?nı təqdim edib, qiymətli hədiyyə və gül dəstələri verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA