Taksi sürücülərinə ciddi xəbərdarlıq - RƏSMİ

img

12-10-2016 [19:26]


Bakı Nəqliyyat Agentliyi taksi sürücülərinə xəbərdarlıq edib. 

Agentlikdən verilən məlumata görə, "Fərqlənmə nişanı" almadan taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən şəxslər barəsində Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyi və Vergilər Nazirliyi tərəfindən qanunla tədbirlər görüləcək. 

Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər tərəfindən "Fərqlənmə nişanı" almaq üçün vergi istənilən bankda ödənilə bilər. Vergi ödənildikdən sonra "Fərqlənmə nişanı" Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-nin inzibati binasında təqdim edilir. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA