Sabirabadın 5 kəndi xəritədən silinmək təhlükəsi ilə üzləzib

img

06-05-2010 [02:14]


Son günlər Sabirabad rayonu ərazisində Kür və Araz çaylarının məcrasından çıxması nəticəsində sahildəki yaşayış məntəqələri üçün təhlükəli vəziyyət yaranıb. Rayonun Türkəndi, Yolçubəyli, Əlicanlı, Cavad və Surra kəndlərinin təmamilə su altında qalma təhlükəsi yaşanır. Dünəndən etibarən Kür çayının sahildəki mühafizə bəndlərini aşması nəticəsində çox çətin bir durum yaşanır. Mühafizə bəndləri demək olar ki, yerli sakinlərin köməyilə mühafizə edilir. Bu barədə məlumatı rayon sakini Razi Abasbəyli verib. Onun sözlərinə görə, dünəndən etibarən sahil kəndlərdə yaşayaş əhali arasında vəsait toplanaraq bel və kisələr alınıb. Bu əşyaların rayonda qurtarması səbəbindən artıq sakinlər Şirvan şəhərinə və Bakıdakı ticarət mərkəzlərinə müraciət etməli olublar. Hazırda Sabirabad rayonu ərazisində Su Təsərrüfatı və Melorasiya İdarəsinin rəisi Elman Nuriyevdən aldığımız məlumata görə, bu gün əraziyə 270-dən çox texnika cəlb edilib və əlavə olaraq bu gün əlaqədar dövlət qurumlarından texnika və maşınlar da sahil bəndlərinin bərkidilməsi üçün gətirilib. Qeyd edək ki, rayon sakinlərinin qüstar üsulla həyata keçirdikləri izləmə nəticəsində məlum olub bu gün səhər saatlarından Kür çayında suyun səviyyəsi 8 santirmetr düşsə də, Araz çayında suyun səviyyəsi 12 santimetr yüksəlib. Bu da adları çəkilən çayların birləşdiyi Cavad kəndindən sonrakı Həsənli, Balvar və Surra kəndləri ərazisində yerləşən bəndlərdən suyun sızmasına səbəb olub. Rayon sakinlərinin verdikləri bilgilərə əsasən dünən axşam saatlarında Sarısu gölünün mühafizə bəndləri iki dəfə çıradan çıxıb. Birinci dəfə bəndin yarılması 20 metrə qədər olsa da, gölün texniki işçiləri bəndin bərpasına nail ola biliblər. İkinci dəfə isə təxminən 60 metrə qədər ərazidən bəndin yıxılması baş verib ki, bunun da qarşısını almaq mümkün olmayıb. Nəticə etibarilə də bu gün səhər saatlarından etibarən Kür çayında suyun səviyyəsi qismən aşağı düşüb. Məlumatlarda qeyd edilir ki, dünən axşam saat 23:00-da rayon icra hakimiyyətində keçirilən fövqəladə toplantıda qərara alınıb ki, əgər mühafizə bəndlərinin qorunması davam etməsə o zaman köç planı hazırlansın. Mühafizə bəndlərinin ən həssas yeri sayılan Əilcanlı kəndindən bəndin yarılması nəticəsində Cavad, Türkəndi və Yolçubəyli kəndlərinin məhv olma təhlükəsi yara bilər. Bu məqsədlə də dünən axşam saatlarından etibarən rəsmi qurumların göstərişinə əsasən kənd məscidlərində Azan çəkilərək sakinlərə çağırış edilib ki, sel təhlükəsi yaranacağı təqdirdə köç etmək üçün Balvar kəndinə qədər məsafəni gəlmək üçün hazır olsunlar. Razi Abasbəylinin verdiyi məlumata əsasən rayonun Əlicanlı, Cavad, Türkəndi və Yolçubəyli kəndlərinin rayon mərkəzi ilə əlaqəsi olan iki qüsutar üsulla hazırlanmış körpülər su altında qaldığına görə, bu kəndlərin sakinləri rayon mərkəzinə keçmək üçün sovetlər dövründə inşa edilmiş və sonradan Heydər Əliyev körpüsü adlandırılan Surra kəndindəki körpüdən istifadə etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA