Komitə sədri, prezidentin müşaviri, şeyx qan verdi - Aksiya davam edir

img

12-10-2016 [12:45]


Aşura günü ilə bağlı "Təzəpir” məscidində keçirilən aksiya davam edir.

Qanvermə aksiyasında iştirak edənlər arasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, dövlət müşaviri Kamal Abdulla, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov və bəzi deputatlar da var(APA).

Qeyd edək ki, bu gün Azərbaycanda məscidlərdə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir.

Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutan aksiya ölkə üzrə 15 məsciddə keçirilir.

Aksiya saat 19-dək davam edəcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA