Qarabağ müharibəsi iştirakçılarından veteran statusu adını ala bilməyənlər müəyyənləşdiriləcək

img

12-10-2016 [12:42]


"Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək” İctimaiyi Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə "Qarabağ müharibəsi veteranlarına sosial yardımların göstərilməsi” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur. Bu barədə birlik.az saytına qurumun mətbuat mərkəzindən məlumat daxil olub. 

Layihə işi üzrə tədbir iş qrafikinə uyğun olaraq, 14 oktyabr 2016-cı il tarixində İmişli rayonunun Yeni Bəhrəmtəpə qəsəbəsində yerləşən Mədəniyyət Evində Qarabağ müharibəsi iştirakçılarına ilkin veteran statusunun alınmasında, sənədlərin hazırlanmasında aidiyyatı orqanlara müraciətlərin olunması istiqamətində sosial xidmətlərin göstərilməsi həyata keçiriləcəkdir.

Bu layihənin həyata keçirilməsində əsas məqsəd, Qarabağ müharibəsi iştirakşılarına sosial xidmət və veteran statusunun alınmasında ilkin sənədləşdirilmələrdə yardımların göstərilməsidir. 

"Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək” İctimaiyi Birliyi hesab edir ki, Qarabağ müharibəsi iştirakçılarının veteran statusu adını ala bilməyənlərin müəyyənləşdirilməsi, bu insanların veteran statusu adını alması üçün müvafiq dövlət qurumlarına müraciətlərin olunması, lazımi hallarda məhkəmələrə müraciət olunması, Veteranların işləri ilə bağlı aidiyyatı qurumları görüşlərin keçirilməsinə çalışacağıq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA