Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə təzkil olunan inza müsabiqəsinin qalibləri mükafatlandırılıb

img

06-05-2010 [02:07]


Bu gün Gülüstan sarayında mərhum prezident Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə məktəblilər arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə çıxış təhsil naziri Misir Mərdanov qeyd edib ki, ümumilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə təhsil müəssisələrində inşa müsabiqəsi keçirilib: ?Bu müsabiqəni Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib. İnşa müsabiqəsində ölkəmizin ümumtəhsil məktəblərinin 7-11 sinif və ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri iştirak edib. ?Ulu öndər Heydər Əliyevi düşünərkən? nominasiyası üzrə ümumtəhsil və peşə liseylərinin 600 mindən artıq şagirdinin qatıldığı bu möhtəşəm bilik yarışı 3 mərhələdə keçirilib?. M.Mərdanov onu da bildirib ki, müsabiqədə 21 şagird qalib olub. 5 nəfər 1 yer, 5 nəfər 2 yer, 11 nəfər 3 yerə layiq görülüb. Onun sözlərinə görə, müsabiqə qaliblərinin inşa yazıları ?Heydər Əliyev məktəblərinin gözü ilə? adı altında kitab nəşr edilib: ?Bu kitaba liderimiz H.Əliyev anadan olmasının 87-ci ildönümü ilə əlaqədar müsabiqənin 87 ən nümunəvi 87 inşa yazısı daxil edilib?. Nazir qeyd edib ki, Gürcüstana səfəri zamanı orda həm Azərbaycan dilində, həm də gürcü dilində təhsil aşağı səviyyədədir: ?Bizdə son 7-8 ildə 2000 yeni məktəb tikilməsinə baxmayaraq Gürcüstanda bu say 100 dəfə aşağıdır. Biz Gürcüstana təkid edə bilmərik ki, məktəbləri artır. Bu onların imkanları daxilindədir. Biz onlarla danışmışıq ki, Azərbaycan məktəbləri təmir olunsun. Amma Gürcüstan müstəqil bir dövlətdir və heç kim onun işinə qarışa bilməz. Sadəcə bizimlə dost olan bir ölkə kimi biz çalışmalıyıq ki Gürcüstanda təhsil alan tələbələr normal təhsil ala bilsinlər. Bu mənada müdaxilə edə bilərik?. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA