12-10-2016 [09:43]
Konstitusiyaya edilən dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqləndi.
Bəs bu dəyişikliklərdən cəmiyyətin hansı gözləntiləri var? Milli Məclisin deputatı Vahid Əhmədovyaradılacaq vitse-prezidentlik institutu ilə bağlı öz fikirlərini səsləndirib. "Belə hesab edirəm ki, vitse-prezidentlərdən biri Qarabağla məşğul olmalıdır. Bu, beynəlxalq aləmdə Azərbaycan üçün çox əhəmiyyətlidir. Digər tərəfdən, vitse-prezidentlik statusunun dövlət başçısı ölkədə olmadıqda onu əvəz etməsi həm də maraqlı məsələdir”.
Vahid Əhmədov Nazirlər Kabinetinin saxlanılıb-saxlanılmamsı məsələsinə də toxunub. "Nazirlər Kabinetinin saxlanması doğru addımdır. Çünki bu, işlək orqandır. Ola bilər ki, vitse-prezidentlik statusundan 5 il sonra Nazirlər Kabineti buraxılsın. Hər halda, hər şey vitse-prezidentlik institutundan asılı olacaq.
Artıq Azərbaycanda ciddi islahatlara start verilib. İqtisadi, struktur islahatları ilə bağlı ciddi işlər gedir. Eyni zamanda, kadr islahatları da aparılmalıdır. Kadr islahatlarının aparılması çox ağır və çətin məsələ olduğundan Prezident qərar verib ki, referendum yolu ilə belə bir institut yaradılsın və müəyyən dəyişikliklər edilsin. Əsas odur ki, yeni kadrlar cəmiyyət tərəfindən qəbul edilsin”.
Deputatın fikrincə, baş nazirin müavinlərinin sayı azaldılmalıdır. "Baş nazirin 6 müavinə ehtiyacı yoxdur. Ola bilər ki, müavinlərin sayı azaldılsın. Ola bilər ki, müavinlərin səlahiyyətləri vitse-prezidentlərə verilsin. Ümumiyyətlə, Nazirlər Kabinetinin strukturu dəyişilməlidir. Çünki o, sovet vaxtında qurulmuş strukturdur. Struktur yenidən işlənməli, müasir tələblərə, indiki dövrə, bazar iqtisadiyyatına uyğun, çevik islahatlar aparan qurum yaradılmalıdır”.
Sabiq millət vəkili, tanınmış hüquqşünas Əlməmməd Nuriyevisə deyir ki, xalqın referendumdakı iştirakı həm də prezidentə olan etimaddır. "Qeyd etməliyəm ki, Azərbaycan Prezidenti tərəfindən Konstitusiyanın mətninə dəyişikliklərlə bağlı referendum aktı Mərkəzi Seçki Komissiyası tərəfindən tətbiq olunaraq, qüvvəyə minib.
Referendumda Azərbaycan xalqı bütün dəyişiklərin lehinə səs verdi. Təkliflərə etimad göstərdi. Bu, həm də Prezidentə olan etimaddır. Dəyişikliklər təklif edilən zaman ən çox müzakirə doğuran məsələlərdən biri o idi ki, vitse-prezidentlik hansı zərurətdən irəli gəldi?
Bu da aydın şəkildə ifadə olundu ki, icra hakimiyyətinin rasionallığının artırılması, səmərəliliyin daha da gücləndirilməsi üçün bu çox yaxşı haldır. Eyni zamanda, islahatların daha sürətli və çevik aparılmasını təmin etmək, idarəetmə sistemini bütövlükdə yaxşılaşdırmaq və təkmilləşdirməkdən ötrü bu institut vacibdir.
Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması hər şeydən öncə idarəetməyə yeni bir töhfədir. İdarəetmənin modernləşdirilməsi, daha çevik qərarların qəbul edilməsi üçün mühüm bir təşkilatdır. Vitse-prezidentlik institutu islahatların sürətlə aparılmasını, birbaşa tətbiqi prosesini sürətləndirəcək”.
Hüquqşünasın sözlərinə görə, bu institutun yaradılması, mövcud olan digər institutların səlahiyyətləri həcmində hər hansı dəyişikliyə gətirib çıxarmır.
"Nə Nazirlər Kabinetinin, nə də hakimiyyətin digər qanadı olan qurumların dəyişikliyinə gətirib çıxarır. Yanlış olaraq, belə bir işlərin həyata keçirilməsinə cəhdlər var idi. Konstitusiyadakı dəyişikliklərin mətninə baxanda bunu görürsən. Vitse-prezidentlik institutu Prezidentin tapşırıqlarının icrasının keyfiyyətinin daha da gücləndirilməsinə xidmət edəcək. Vitse-prezidentlik institutu Prezident tərəfindən verilən tapşırıqların icrasının həyata keçirilməsinə yönələn bir strukturdur. Düşünürəm ki, ciddi dəyişikliyə gətirib çıxara bilən institut olacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi