11-10-2016 [21:09]
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən növbəti payız sessiyası çərçivəsində qurumun bugünkü plenar iclasında Azərbaycan və Keçmiş Yuqoslaviya Respublikası Makedoniya üzrə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) hakim seçkiləri keçirilib.
Bu gün səhər saatlarından başlayıb gün ərzində davam edən seçkilərdə Assambleya üzvləri səs çoxluğu ilə Lətif Hüseynovu Azərbaycan üzrə hakim vəzifəsinə layiq görüblər.
Səsvermələrdə qalib gəlmiş Lətif Hüseynov AŞPA üzvlərinin 134 səsini qazanıb. Azərbaycandan olan digər namizədlər Kəmalə Abıyeva 35 səs, Rövşən İsmayılov isə 9 səs toplaya biliblər. Ümumilikdə keçirilmiş seçkilərdə 203 parlamentar iştirak edib, onlardan cəmi 25-i bitərəf qalıb.
Avropa İnsan Haqları Konvensiyasının 14-cü Protokoluna əsasən, Lətif Hüseynov mandatı yenilənməməklə bu vəzifəsini 9 il müddətinə icra edəcək. O, bu vəzifəsinin icrasına üç aydan sonra başlayacaq(APA).
Hüquq üzrə elmlər doktoru Lətif Hüseynov 1964-ci ilin fevralın 1-də Azərbaycanın Ağdam şəhərində anadan olub. O, uzun illər Azərbaycanın ali təhsil ocaqlarında, Elmlər Akademiyasında hüquq elmləri üzrə professor kimi fəaliyyət göstərib. 2001-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışır.
Lətif Hüseynov eyni zamanda, Avropa Şurası (AŞ) və BMT qurumlarında təmsil olunub və mühüm vəzifələr tutub. O, 2003-cü ildən AŞ-nın Venesiya Komitəsinin üzvüdür. 2004-2015-ci illər arasında AŞ-nın İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə Avropa Komitəsinin üzvü, 2011-ci ildən 2015-ci ilədək isə bu qurumun sədri vəzifəsini icra edib.
Xatırladaq ki, AŞPA-nın AHİM-nə Hakimlərin Seçilməsi Komitəsinin sentyabrın 29-30-da Parisdə keçirilmiş iclasında Azərbaycan hökumətinin göndərdiyi üç nəfərdən ibarət namizədlər siyahısı qəbul olunmuş və AŞPA-ya göndərilmişdi. Komitə hər üç namizədlə apardığı dinləmələrdən sonra Lətif Hüseynovu Azərbaycanı AİHM-də təmsil edəcək yeni hakim vəzifəsinə ən uyğun namizəd kimi tövsiyə etmişdi.
Qeyd edək ki, bundan əvvəl 2 dəfə - ötən il iyunun 15-də və bu il yanvarın 24-də AŞPA Azərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı.
2003-cü ilin aprel ayının 2-dən AİHM-nin Azərbaycan üzrə hakimi vəzifəsini Xanlar Hacıyev icra edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi