11-10-2016 [16:40]
Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və referendumun nəticələrinin rəsmi bildiriş kimi elan edilməsi məsələsi müzakirəyə çıxarılıb.
MSK referenduma yekun vurulması və yekunların elan edilməsi barədə qərar qəbul edib.
Qərarda bildirilir ki, səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu ümumxalq səsverməsinə (referenduma) çıxarılmış Referendum Aktı layihəsinin 29 hissəsinin hər birinin lehinə səs verdiyindən layihə qəbul edilmiş hesab edilməlidir. Sənəddə qeyd edilir ki, MSK-nın protokolu təsdiq edilərək referenduma yekun vurulsun, ümumxalq səsverməsi (referendum) baş tutmuş sayılaraq Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsi qəbul edilmiş hesab edilsin, referendumun yekunları elan edilərək referendum yolu ilə qəbul edilmiş aktın mətni dərc edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Qeyd edək ki, referendum Aktı layihəsində Konstitusiyaya 29 maddəyə 39 əlavə və dəyişikliklər irəli sürülüb. Konstitusiya Məhkəməsi Plenumunun iyulun 25-də keçirilən iclasında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib. Referendum Aktı layihəsində Konstitusiyada prezidentin səlahiyyət müddəti yeddi ilə qədər artırılması təklif edilib.
Bundan başqa, sənəddə Azərbaycan prezidenti vəzifəsinə seçilmək üçün vətəndaşın ən az 35 yaşı olması barədə müddəanın çıxarılması haqda paraqraf var.
Layihə birinci vitse-prezident və vitse-prezident vəzifələrinin tətbiqini də nəzərdə tutub. Mövcud əsas qanuna görə, prezident öz vəzifəsindən vaxtından əvvəl getdiyi təqdirdə onun səlahiyyətlərini baş nazir həyata keçirirdisə, yeni layihədə həmin hüquq birinci vitse-prezidentə verilir.
Sənəddə həmçinin, prezidentə Milli Məclisi vaxtından əvvəl buraxmaq və erkən seçkilərin keçirilməsi barədə qərar vermək hüququnun verilməsi nəzərdə tutulub.
Bundan əlavə, layihəyə vətəndaşın Milli Məclisə seçilmək üçün yaş həddinin 25-dən 18-ə endirilməsi barədə bənd daxil edilib.
Milli təhlükəsizliyi təhdid edə biləcək birliklərin yaranmasına konstitusion qadağa da dəyişikliklərdə əksini tapıb.
Konstitusiyanın hazırda qüvvədə olan redaksiyasına əsasən, Azərbaycan prezidentinin Ali Baş Komandan kimi Azərbaycan Ordusunun zabitlərindən fərqli olaraq, Milli Qvardiyanın komandanlığına, Daxili Qoşunların komandanlığına və ümumiyyətlə, silahlı birləşmələrin zabitlərinə birbaşa əmr vermək səlahiyyətləri təsbit edilməyib. Bu maddənin təklif olunan yeni redaksiyası Silahlı Qüvvələrin Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət olmasını nəzərdə tutub.
Beləliklə də, Azərbaycan Respublikasının Prezidenti silahlı birləşmələrin də Ali Baş Komandanı olacaq. Eyni zamanda insan hüquq və azadlıqlarının daha geniş müdafiəsini nəzərdə tutan dəyişikliklər də Referendum Aktı layihəsində yer alıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi