Tarif Şurası TQDK-ya müraciət edib - Səbəb

img

11-10-2016 [15:49]


Tarif (qiymət) Şurası tərəfindən dövlət qulluğuna qəbulun test imtahanında iştirak üçün ödənişin məbləğini müəyyənləşdirməklə bağlı müvafiq işlər görülür.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev APA-ya bildirib ki, artıq müvafiq məlumatların alınması üçün Tarif (qiymət) Şurası Dövlət İmtahan Mərkəzinə (DİM) müraciət edib.

O qeyd edib ki, məlumatlar Tarif (qiymət) Şurasına daxil olduqdan sonra təhlillər və araşdırmalar aparılacaq: "Aparılan araşdırma və təhlillərin nəticəsi olaraq bu məsələ Tarif (qiymət) Şurasının gündəliyinə daxil ediləcək”.

Qeyd edək ki, "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərmana əsasən, dövlət qulluğuna qəbulla bağlı test imtahanında iştirak üçün ödənişin məbləği Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdiriləcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA