11-10-2016 [13:59]
Goranboy rayonu Yeni yol kənd tam orta məktəbinin müəllimi,Yeni Azərbaycan Partiyasının üzvü Aslanova İradə Məhiş qızı tərəfindən UNESKO və İSESKO-nun Xoşməramlı Səfiri, Heydər Əliyev Fondunun Sədri, Millət Vəkili, Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevaya müraciət edilib.
Mia.az daxil olan müraciətin surətində maraqlı iddialar yer alıb:
"Hörmətli Mehriban Xanım!
Sizə ikinci dəfə müraciət edirəm.İlk müraciətim yoxlanılmaq üçün şikayətçi olduğum yerli orqanlara göndərilmiş,lakin heç bir nəticə hasil olmamışdır. Əksinə, bundan sonra mənim oğluma qarşı şər-böhtan və təxribatlar daha geniş qol-qanad açmağa başlamışdır.Başçı Nizaməddin Quliyev oğlumu kabinetə çağırtdırıb onu təhqir etmiş, hədələyərək "görün, sizin başınıza nə oyun açacam” demiş, həyat yoldaşımı nəzərdə tutaraq "mən hər gədənin şıkayəti iləmi məşğul olacam” kimi təhqiramiz ifadələr işlətmişdir.
Rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev öz tabeliyində olan zəif iradəli və gözükölgəli işçilərdən oğlumun üzünə qoyduraraq onu ləkələmək istəyir.Bunun üçün hüquq-mühafizə orqanlarına da təsir göstərir.
Hörmətli Mehriban Xanım!
Aldığımız məlumatlara görə, icra başçısının oğlu Ramal Quliyev bir neçə il qabaq Mingəçevir kapital bankında müdir işləyərkən 500000 (beş yüz min) manat məbləğındə mənimsəməyə yol vermiş, bundan sonra o,işdən azad olunmuş, lakin heç bir cinayət məsuliyyətinə alınmamışdır.
Üstəlik, hansı yollasa Ramal Quliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizə idarəsində "stajor” kimi fəaliyyətə başlamışdır. Başa düşə bilmirəm, necə olur ki, 500000 manat pul mənimsəyən şəxs barədə cinayət işi açılmır!?Ancaq həmin şəxsin atası-Nizaməddin Quliyev 55 manat pul mənimsəmisən deyərək şər-böhtanla, oğluma qarşı tabeliyində olan adamlardan birini üzünə qoymaqla rayon prokrorluğunda iş qaldırtdırır!?
Bu prosesin gülüş doğurduğunu görən başçı sonradan tabeliyində olan şəxslərdən üç nəfəri də oğlumun üzünə durmağa məcbur etmişdir. Guya ki, onlar da oğluma abunə pulu vermişlər, oğlum da həmin pulu hesaba keçirməmişdir. Lakin mətbuat yayımından verilən arayışdan məlum olmuşdur ki, həmin şəxslərin adlarına abunə qeydə alınmışdır, yəni pul mətbuatyayımına ödənilmişdir.
Hörmətli Mehriban Xanım!
İlk müraciətimdə qeyd etdiyim kimi ağır ürək və qalxanvari vəz xəstəliklərindən əziyyət çəkirəm. Başçının oğluma qarşı başlamış olduğü şər və böhtan kampaniyasından sonra səhhətim daha da pisləşmişdir. Bu başçı üçün adam ləkələmək adi bir həyat tərzinə çevrilmişdir.Cənab Prezidentin ona vermiş olduğu səlahiyyətlərdən sui istifadə etməklə hüquq orqanlarına təsir göstərərək o, istənilən şəxsə qarşı şər və böhtan kampaniyasını asanlıqla həyata keçirir.
Hörmətli Mehriban Xanım!
Bizim ailənin üç nəfəri YAP-nin üzvüdür. Bu Partiyanın müqəddəsliyini daim uca tuturuq. Lakin buna baxmayaraq, bünövrəsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, onun ən layiqli varisi cənab Prezident İlham Əliyev zəkası ilə daha da möhkəmləndirilən bir demokratik dövlətdə Nizaməddin Quliyevin əlindən rahat yaşaya bilmirik.
Hörmətli Mehriban Xanım!
Yuxarıda qeyd etdiyim kimi, hazırda xəstəyəm. Oğluma qarşı başlanan təxribatlardan və böhtanlardan sonra səhhətim daha da pisləşmişdir.
Bildirmək istəyirəm ki, mən bu ərəfələrdə həyatımı itirərəmsə,bunun səbəbkarı başçı Nizaməddin Quliyev,onun təxribatları və böhtanları olacaq.
Buna görə də tükənməz səmimiyyətinizə,qayğıkeşliyinizə,həssaslığınıza və beynəlxalq nüfuzunuza arxalanaraq Sizdən acizanə surətdə xahiş edirəm ki, ailəmizin təhlükəsizliyinə, hər cür şər-böhtandan, hər cür təxribatdan qorunmasına yardımçı olasınız və mənim bu müraciətimi xüsusi nəzarətiniz altda saxlayasınız".
Müraciətdə adıçəkilənlərin də mövqeyini dərc etməyə hazırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi