11-10-2016 [12:14]
Xəbər verdiyimiz kimi, dünən İstanbuldaə 23-cü Dünya Enerji Konqresi öz işinə başlayıb. Tədbir 4 gün – oktyabrın 13-dək davam edəcək. Təbii ki, əsas diqqət Konrqesin açılışına idi. Çünki açılışa bir neçə dövlətin lideri qatılmışdı. Xüsusən Rusiya prezidenti Putinin mərasimə qatılması və oradakı çıxış dünya mediasının da diqqətində oldu.
Mia.az xəbər verir ki, bu və ya digər məqamlarla bağlı "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu öz fikirini açıqlayıb.
O, bildirib ki, Vladimir Putinin İstanbula səfərində iki məqsədi olub:
"Putinin birinci məqsədi Konqresdə iştirakı və çıxışı vasitəsilə enerji mövzusunda beynəlxalq aləmə mesajlar göndərmək idi. İkinci məqsədi İstanbulda Ərdoğanla mühüm sazişlərə imza atmaq idi.
Rusiya prezidenti hər iki məqsədinə nail oldu. Putin son iki ildir ki, Qərb ölkələrinə səfərlər edə bilmir. Ukrayna və Suriya siyasətinə görə Putini Qərb dövlətləri səfərə dəvət etmir, münasibətlər son dərəcə gərgindir, sanksiyalar da bir tərəfdən Rusiyanın problemlərini artırır.
Misal üçün Fransa prezidenti Fransula Olland bu ay Putini ölkəsinə dəvət edib. Ancaq Putinin Suriya siyasəti, Hələb şəhərinin bombalanması və bunun nəticəsində yaranan humanitar böhran, üstəgəl də Rusiyanın BMT Təhlükəsizlik Şurasında Fransanın Suriya ilə bağlı qətnaməsini veto etməsi Ollandı Putini ölkəsinə dəvət edib-etməmək dilemması qarşısında qoyub".
Politoloq deyir ki, Türkiyə Putin üçün istisnadır. Rusiya prezidenti nəinki Türkiyəyə gedib bu ölkənin rəsmiləri ilə görüşüb böyük ikitərəfli sazişlərə imza atacaqdı, İstanbulda keçirilən böyük enerji konfransında çıxış edəcəkdi:
"Təkrar edirəm ki, Putinin bu cür tribunaya ehtiyac var. İki dövlət arasında yeganə fikir ayrılığı yaradan mövzu Suriyadır ki, buna da çarə tapıblar: Türkiyə Əsədə qarşı ritorikasını yumşaldıb, Suriyadakı hədəfi ancaq terrorçulardır, Rusiya isə silahlı kürdlərə dəstək verməyəcək. Suriya ilə bağlı işə yaramayan Rusiya-ABŞ anlaşmasından fərqli olaraq Ankara ilə Moskva öz aralarındakı anlaşmalara riayət edəcəklər. Çünki hər ikisinin bir-birinə ehtiyacı var".
Ekspertin sözlərinə görə, Putinin İstanbula səfəri və Ərdoğanla görüşü son dərəcə səmərəli keçdi:
"Sanki, iki dövlət arasında münasibətlər heç gərginləşməmişdi. Putinin Konqresdə çıxışının əsas qayəsini bu sözlər təşkil etdi: "Dünyanın neft və qaz kimi enerji resurslarına hələ çox ehtiyacı olacaq”. Bu Qərbə mesaj idi. Çünki, Qərb ölkələri son illər apardığı elmi tədqiqatları genişləndirirlər ki, neft və qazdan asılılıqlarını azaltsınlar. Ancaq Putinin sözlərindən çıxan nəticə budur ki, neft və qazı əvəz edəcək alternativ enerji yaxın onilliklərdə effektiv olmayacaq. Çətin ki, Avropa ölkələri bu qənaəti bölüşsünlər. Qərb ölkələri günəş və külək enerjisinin payını artırır, avtomobil yanacağını elektriklə əvəz etmək üzərində çalışmalarını genişləndirirlər".
E.Şahinoğlu deyir ki, Putinin İstanbula səfərini ikinci hissəsi Ərdoğanla ikitərəfli görüşə həsr edildi. Demək olar ki, iki ölkə arasındakı münasibətlər təyyarə vurulmamışdan öncəki strateji tərəfdaşlıq illərinə qayıtdı:
"1. İstanbulda "Türk axını” sazişinə imza atıldı;
2. Rusiya Türkiyədə Akkuyu nüvə elektrik mərkəzini inşa edəcək;
3. Rusiya öz bazarını yenidən Türkiyənin kənd təssərrüfatı malları üçün açdı;
4. Hər iki ölkədə turizm sərgiləri keçiriləcək;
5. İki ölkənin ordu komandanlıqları və kəşfiyyat xidməti rəhbərləri əlaqəli şəkildə fəaliyyət göstərəcəklər;
6. İki ölkə Suriya probleminin sülh yolu ilə ətrafında dialoqu davam etdirəcəklər.
Bir səfər üçün bu, çox böyük nəticədir. Üstəgəl Türkiyə rəsmiləri imki ölkə arasındakı ticarət mübadiləsini 100 milyard dollara çatdırmaq istəyini yenidən dilə gətirdilər. Halbuki, Rusiyanın ən yaxın tərəfdaşı olan Çinlə ticarət həcmi heç bu qədər deyil".
İstanbul Konqresində Azərbaycan prezidenti İlham Əliyevin də iştirakının əhəmiyyətli olduğunu deyən politoloqun sözlərinə göörə, Azərbaycan prezidentinin Konqresdəki çıxışı iki hissədən ibarət idi:
"İlham Əliyev birinci hissədə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin əhəmiyyətindən danışdı, bunun daimi olacağını bir daha xatılatdı və 15 iyulda çevriliş cəhdinin alınmasına görə Ərdoğanı və türk millətini təbrik etdi.
İlham Əliyev ikinci hissədə Azərbaycanla Türkiyənin bölgənin iki əsas enerji oyunçusu olduğunu bildirdi. Azərbaycan prezidenti icra edilən və planlaşdırılan layihələrin dünya üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.
Konqresdə 3 ölkənin prezidentlərinin yanaşı əyləşərək bir-birləri ilə söhbət etmələri diqqət çəkici idi. Bu görüntü ondan xəbər verir ki, Rusiya, Türkiyə və Azərbaycan arasındakı əməkdaşlığın genişlənməsi həm bu ölkələrin, həm də bölgənin xeyrinədir. Sadəcə, Ermənistanın Azərbaycana qarşı işğalının davam etdirməsi və Rusiyanın Ermənistan hakimiyyətə təsir edib ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldımasını sürətləndirməməsi bölgədə sülh və əmin-amanlıq üçün başlıca manədir.
Aydnıdır ki, İlham Əliyev və ya Rəcəb Təyyub Ərdoğan İstanbulda rusiyalı həmkarıyla Dağlıq Qarabağ münaqişəsinin həlli vacibliyi haqqında fikir mübadiləsi aparmadılar. Çünki Enerji Konqresində prezidentlərin çıxışları və aralarındakı qısa fikir mübadilələri yalnız mövzuya aid idi. Buna baxmayaraq, Kremlə aydın olmalıdır ki, Rusiya-Türkiyə-Azərbaycan üçlüyünün siyasi, iqtisadi və hərbi zəmində yaxın inteqrasiyası Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi