Ramil Usubov şikayətçiləri qəbul edəcək - Gəncədə!

img

11-10-2016 [11:59]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gəncədə vətəndaşları qəbul edəcək.

Mia.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazir oktyabrın 29-da saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinləri ilə görüşəcək.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Nazirlikdən bildirilib ki, qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA