11-10-2016 [11:15]
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun 11 illik həbs cəzasının başa çatmasına 9 gün qaldı. Barəsində Cinayət Məcəlləsinin 3 maddəsi ilə əlavə ittihamlar elan olunan sabiq nazirin əsas cəzasının başa çatmasından sonra azadlığa çıxıb-çıxmayacağı ilə bağlı yaranan müəmmalar davam edir.
Hazırda irəli sürülən yeni cinayət maddələri ilə bağlı Bakı İstintaq Təcridxanasında saxlanılan İnsanov ətrafında müxtəlif iddialar var.
Ehtimal olunur ki, 11 illik cəzası başa çatandan dərhal sonra sabiq nazir yenidən məhkəmə önünə çıxarılacaq. Yəni barəsində 3 maddə ilə məhkəmə prosesi başlayacaq. Bu proseslərdən sonra onun ya "ev dustaqlığı”na buraxılacağı, ya da şərti cəza alacağı deyilir. Bundan əlavə, üç maddə üzrə toplanmaqla nəzərdə tutulan 10 il 6 aylıq cəzadan qat-qat aşağı cəza alması ehtimalı İnsanovda yüksək qiymətləndirilir.
Qeyd edək ki, sabiq dövlət məmuru barəsində irəli sürülən üç maddə ilə nəzərdə tutulan istintaq müddəti oktyabrın 23-nə qədər nəzərdə tutulub. Müddət başa çatandan sonra uzadılacağı ehtimalları yüksək görünür.
Mia.az xəbər verir ki, İnsanovun vəkili Toğrul Babayev "Yeni Müsavat”a açıqlamasında oktyabrın 20-də əsas cəza müddəti başa çatandan sonra nələrin olacağını indidən deməyin mümkünsüz olduğunu söyləyib.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə sabiq nazirin azadlığa buraxılacağına inanmır:
"Əgər oktyabrın 20-də İnsanovu azad etmək fikirləri olsaydı, o zaman barəsində yeni ittihamlar irəli sürülməzdi. Artıq hər kəs bilir ki, bu maddələr onu həbsdə saxlamaq üçündür. Mənə elə gəlir ki, Əli İnsanovu azad etməyəcəklər. Bununla da özləri sübut edəcəklər ki, o, siyasi məhbusdur. Amma ölkədə vəziyyət bu sarıdan dəyişə də bilər.
Məhkəmə prosesində ola bilər ki, ona şərti iş versinlər, yaxud müəyyən instansiya mərhələsində onu azad edə də bilərlər. Bu insanın 70-ə yaxın yaşı var. O qədər də təhlükə törətmir. Amma İnsanovu azad etməsələr, belə fikirlər formalaşacaq ki, hakimiyyət ondan çəkinir.
Oktyabrın 20-də onu birmənalı şəkildə azad etməyəcəkləri məlumdur. Cəzası başa çatan kimi, 1-2 məhkəmə prosesi ilə istintaq müddətini uzadacaqlar”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi