Aşura günü bu ərazilərdə qan verə bilərsiniz - SİYAHI

img

11-10-2016 [10:07]


Azərbaycanda Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı açıqlanıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, qanvermə ölkə üzrə Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankından başqa, 14 məsciddə təşkil olunacaq.

Qanvermə aksiyalarının təşkil olunacağı məscidlərin 8-i Bakıda, 6-sı isə digər rayon və şəhərlərdə yerləşir.

Aksiyalar Bakıda Mərkəzi Qan Bankında, Yasamal rayonunda "Təzəpir” məscidi və "Hacı Soltanəli” məscidləri, Səbayel rayonunda "Bibiheybət” və İçərişəhər "Cümə” məscidləri, Suraxanı rayonu "Qaraçuxur” qəsəbə məscidi, Xəzər rayonu "Mirmövsüm ağa” ziyarətgah-məscidi, Nizami rayonu "Keşlə” qəsəbə məscidi, Nəsimi rayonu Əjdərbəy” məscidində təşkil olunacaq.

Bununla yanaşı, Sumqayıtda "Cümə” məscidi, Gəncədə "İmamzadə” ziyarətgah-məscidi, Mingəçevirdə "Heydər” məscidi, Şəkidə "Çümə” məscidi, Lənkəranda "Böyük Bazar” məscidi, Bərdədə "Cümə” məscidində də qanvermə aksiyası keçiriləcək.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliya və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, Azərbaycanda Məhərəmmlik ayı oktyabrın 3-dən başlayıb və sabah Aşura günüdür. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA