10-10-2016 [23:40]
Xızı Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş deputat, məşhur "91-lər”in nümayəndəsi Maksim Musayevə məxsus obyekt sökülüb.
Mia.az xəbər verir ki, bu barədə M.Musayev özü "Yeni Müsavat”a məlumat verib.
Onun dediyinə görə, oktyabrın 10-da, saat 13 radələrində Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov şəxsən ona məxsus olan Altıağacdakı tikinti yerinə gəlib və söküntü işlərinə rəhbərlik edib:
"Mən Xızı rayonunu yaradan şəxsəm. 15 illik deputatlıq stajım var, bunun 10 ilini Xızının deputatı olmuşam. Parlamentdə 200-ə yaxın qanunun qəbulunda və hazırlanmasında bilavasitə iştirak etmişəm. Xızı rayonunda, Altıağacda mənim torpağım, orda da bir daxmam var. Bir müddət əvvəl orada nəvələrimə 50 kv m-lik idman otağı tikdirdim, gəlib orada tennis oynasınlar. 7 nəvəmin 7-si də idmançıdır.
Son 20 ildə Xızıda bir dənə də olsun idman obyekti tikilməyib. Vaxtilə mən Xızıda və Altıağacda stadion tikdirmişdim, onları da bölüb satıblar.
İndi icra başçısı Xəzər Aslanov gündüz saat 1-də gəlib və həmin tikilini dağıtdırıb. Əvvəlcə dağıtmaq üçün bir ekskavator gətiriblər. Ancaq o, qaçıb ki, məhkəmə qərarı yoxdur, bu, iş cinayətdir. Sonra ikincisini gətiriblər və söküblər”.
M.Musayev Müstəqillik Aktına səs verən deputat olduğunu xatırlatdı: "Təəssüf edirəm ki, müstəqilliyin 25 illiyi qabağı mənə belə bir "hədiyyə” etdilər. Xahiş edirəm, dediklərimi olduğu kimi yazın: mən belə bir icra başçısına nifrət edirəm və onun orda qalmasına etirazımı bildirirəm! Bir halda ki, mənə belə bir münasibət var, mənə qarşı qanunsuzluqlar edirlər, vay digərlərinin halına”.
M.Musayevin sözlərinə görə, onun sənədləri tam qaydasında olub: "Amma məndən sənəd soruşan varmı ki? Mənə deyirlər "gəl yanımıza”, deyirəm niyə gəlim? Deməli, rüşvət istəyirlər. Sənəd istəyirlərmi ki, mən də sənəd verim? Ancaq mən bu işi belə qoymayacağam, bununla bağlı prokurorluğa, məhkəməyə müraciət edəcəyəm. Bundan qabaq da Prezident Administrasiyasına şikayət eləmişdim. Alın təri ilə qazandığım pulla nəvələrimə tikdirdiyim tikilini dağıdıblar. Hansı ki, prezidentin fərmanı var, 12 metrə qədər tikinti aparanlara problem yaratmırlar”.
M.Musayevin dedikləri ilə bağlı Xəzər Aslanovun da mövqeyini dərc etməyə hazırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi