Putinlə Ərdoğanın 1 saat 40 dəqiqəlik görüşündə nələr müzakirəyə çıxarılıb? – FOTO

img

10-10-2016 [20:30]


Türkiyədə səfərdə olan Rusiya prezidenti Putinlə Ərdoğanın Mabeyn iqamətgahındakı görüşü başa çatıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüş 1 saat  40 dəqiqə çəkib. 

Türkiyə mediası onu da bildirir ki, görüşdən az öncə Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Hulisi Akar da iqamətgaha gəlib.

Bunu nəzərə alan media iddia edir ki, iki liderin görüşündə təkcə ikitərəfli münasibətlər və enerji məsələləri deyil, həm də bölgədəki savaş da müzakirə olunub.

Bir azdan hər iki prezidentin media önündə görüşlə bağlı açıqlamalar verəcəyi gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA