"Neft hasilatının dondurulması yeganə doğru qərardır" - Putin

img

10-10-2016 [17:37]


"Rusiya hasilatın məhdudlaşdırılması üzrə birgə tədbirlərə qatılmağa hazırdır və digər neft ixracatçılarını da buna çağırır. Biz OPEC-in limit müəyyənləşdirmək təşəbbüsünü dəstəkləyirik".

Bunu Rusiya Prezidenti Vladimir Putin İstanbulda keçirilən XXIII Dünya Enerji Forumunda deyib.

"Yaranmış vəziyyətdə neft hasilatının dondurulması qlobal enerji sabitliyini qorumaq baxımından yeganə doğru qərardır" - V.Putin bildirib.

Onun sözlərinə görə, bu addım bazar mexanizmlərinin işini pozmayacaq, əksinə, neft-qaz bazarının yenidən tarazlaşmasını sürətləndirəcək.

"OPEC-in noyabr ayında keçiriləcək iclasında bu ideyanın kokret razılaşma formasına salınacağına, bununla da bazarlara və investorlara müsbət siqnal veriləcəyinə, spekulyativ fəaliyyətin qarşısının alınacağına və ən əsası, neftin qiymətində yeni tərəddüdlərin qarşısının alınacağına ümid edirik" - Rusiya dövlət başçısı vurğulayıb(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA