İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanlarının - Siyahısında

img

10-10-2016 [12:37]


İordaniyanın Əmman şəhərində yerləşən Strateji Araşdırmalar üzrə İslam Mərkəzi və Amerikadakı İslam-Xristian Dialoqu Mərkəzinin hazırladığı "Muslim 500-2017” siyahısında siyasət, idman, səhiyyə, elm və s. sahələrdə ən nüfuzlu dünya müsəlmanlarının adı yer alıb.

Siyahıya Misir sünnülərinin lideri Şeyx Əhməd Məhəmməd əl-Tayyib başçılıq edir.

Növbəti yerlərdə İordaniya kralı Abdullah (2), Səudiyyə Ərəbistanı kralı Salman Ben Əbdüləziz Əl-Saud (3), İranın ali dini lideri Seyid Əli Xameneyi (4) gəlir.

İraq şiələrinin lideri Seyid Əli Sistani 7-ci, Türkiyə dövlət başçısı Rəcəb Tayyip Ərdoğan isə 9-cu yerdə qərar tutub.

Ən nüfuzlu siyasi liderlər arasında Azərbaycan prezidenti İlham Əliyev də yer alıb.

Onunla yanaşı, ən nüfuzlu 500 müsəlman siyahısında Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov və Çeçenistan rəhbəri Ramzan Kadırovun da adı var.
modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA