MTN Akademiyasında qələbə günü qeyd olunub

img

05-05-2010 [05:26]


Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 65-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə təhlükəsizlik orqanlarının veteranı, general-mayor Bahadur Hüseynov, Əfqanıstan və Qarabağ müharibəsi veteranı, Bakı şəhər Veteranlar Şurasının sədr əvəzi Bəhram Şeydayev, Respublika və Bakı şəhər Veteranlar Şurasının Plenum və Rəyasət Heyətinin üzvü, Yasamal rayon Veteranlar təşkilatının sədri Almaz Qasımova, Dəmiryol Veteranlar Şurasının sədri, Bakı şəhər Veteranlar Şurasının Plenum və Rəyasət Heyətinin üzvü Əminağa Nəsirov iştirak ediblər. Tədbirdə faşizm üzərində qələbənin təmin edilməsində Azərbaycan xalqının nümayiş etdirdiyi əzm və fədakarlıqdan bəhs edilib. Tədbrin sonunda həmyerlimiz, əfsanəvi kəşfiyyatçı Rixard Zorge haqqında sənədli film nümayiş etdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA