"Şeyxlə aramızı vurmaq istəyirlər" - Komitə sədrindən ilginc açıqlama

img

10-10-2016 [11:56]


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı dini sahədə yazan bəzi jurnalistlərə irad bildirib.

M. Qurbanlı APA-nın əməkdaşına deyib ki, dünən şoudan yazan bəzi jurnalistlər bu gün dindən yazır.

Məhərrəmlik ayı ilə bağlı bəzi yazılara irad tutan komitə sədri qeyd edib ki, jurnalistlər çox şeyi qarışdırır:

"Azərbaycanda suyu bulandırıb balıq tutmaq istəyirlər, amma bu, mümkün deyil. Bilsinlər ki, burada balıq tutmaq üçün bulanıq su yoxdur. Qafqaz Müsəlmanları İdarəsi ilə aramızı vurmaq istəyirlər.

Jurnalistlər yazmadan əvvəl din sahəsini öyrənməlidirlər. Eyni zamanda idmandan, şoudan, kənd təsərrüfatından, dindən yazmaq olmaz. İxtisaslaşmayan jurnalist dini bilmir, ağzına gələni yazır. Adama deyərlər, nə istəyirsən?! Biz istəyirik ki, kimsə hansısa adla ölkəmizdəki ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmasın. Azərbaycan xalqının dininə, inancına hamımız hörmət edirik. Hamımız dinimizə bağlı adamlarıq”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA