Azərbaycanda zavodlar da satışa çıxarıldı - SİYAHI

img

10-10-2016 [10:11]


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 8 noyabr tarixində keçiriləcək növbəti hərrac elan edilib.

Komitədən Mia.az-a daxil olan xəbərdə bildirilir ki, bu dəfə hərraca ümumilikdə 77 dövlət müəssisə və obyekti çıxarılıb. Bu dövlət əmlaklarının 26-ı özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, kənkimya, nəqliyyat, tikinti, emal və sair sahələrə aid müəssisələr vardır. Belə ki, bu səhmdar cəmiyyətləri arasında "Azinterservis”, "Lənkəran Taxıl”, "Ağcəbədi Pamıq”, "Biləsuvar Pambıq, "Zaqatala Sənaye”, ”"Bərdə Dəmir Beton-9” və digər müəssisələr vardır.

Qeyd edilməlidir ki, hərraca cıxarılan səhmdar cəmiyyətləri Bakı şəhəri ilə yanaşı, respublikanın müxtılif bölgələrində yerləşir.

Həmçinin hərraca 51 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA