Məzahir Pənahov ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüzüb

img

05-05-2010 [05:17]


Bu gün ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb. Müstəqil İnformastiya Agentliyinin xəbərinə görə, qonağı salamlayan MSK sədri Mərəkəzi Seçki Komissiyasının hər zaman beynəlxalq qurumlarla əlaqələrə önəm verdiyini qeyd edərək qarşıdan gələn seçkilərdə də beynəlxalq qurumlarla, o cümlədən ATƏT-in Bakı ofisi ilə sıx əməkdaşlıq edəcəklərini bildirib. Səfir ATƏT-lə Mərkəzi Seçki Komissiyası arasında uzun müddətdən bəri davam edən faydalı əməkdaşlığın mövcudluğundan məmnunluğunu vurğulamış və bu münasibətlərin bundan sonra da Azərbaycanın seçki sisteminə dəyərli töhfələr verəcəyinə əminlik ifadə edib. Görüşdə qarşıdan gələn parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının ATƏT-lə birgə keçirəcəyi tədbirlər barədə fikir mübadiləsi olmuş və gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA