Dəhşətli "Metyu” qasırğasında ölənlərin sayı şok həddə çatdı - FAKT

img

09-10-2016 [17:04]


"Metyu” qasırğası nəticəsində ABŞ-da həyatını itirənlərin sayı 14 nəfərə çatıb.

Corciya ştatında 3 nəfər, Florida ştatında 4 nəfər, Şimali Karolina ştatında 3 nəfərin qasırğa qurbanı olduğu açıqlanıb.

Bu gün isə şənbə günü Florida ştatında 2 nəfər, Corciya ştatında 1 nəfər, o cümlədən Şimali Karolina ştatında 1 nəfərin də qasırğa nəticəsində öldükləri bildirilib. Hər 3 ştatda fövqəladə vəziyyət rejimi elan edilib.

Qeyd edək ki, "Metyu” qasırğası Haitidə 877 nəfərin ölümünə səbəb olub. Eyni zamanda "Metyu” qasırğası 2007-ci ildən ABŞ-ı vuran ən güclü qasırğadır. Hazırda qasırğa ABŞ-ın cənub-şərq sahilləri yaxınlığından keçir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA