Hökümət qərar verdi; Sosial problemlərin aradan qaldırılması proqramına dəyişiklik edilib

img

09-10-2016 [10:21]


Nazirlər Kabinetinin 2011-ci il 20 may tarixli 81 nömrəli qərarı ilə təsdiq edilmiş "İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”da dəyişiklik edilib.

Qərara görə, proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı çərçivəsində əmək miqrasiyası sahəsində Azərbaycan Respublikası vətəndaşlarını işə düzəltmək üçün lisenziyası (xüsusi icazəsi) olan təsərrüfat subyektlərinin siyahısının mütəmadi olaraq dərc edilməsi prosesinə xitam verilib.

Proses Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA