Torpaq sahələrindən istifadə ilə bağlı dəyişiklik - Yeni qaydalar

img

09-10-2016 [10:13]


Nazirlər Kabineti "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarında dəyişiklik edib.

Baş nazir Artur Rasi-zadənin imzaladığı sənədə əsasən, qurumun "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”sinin 4-cü hissəsinin yeddinci abzası ləğv edilib.

Həmin abzasa əsasən, torpaqların kəmiyyəti, keyfiyyəti və onlardan istifadə haqqında hesabatlar torpaq qanunvericiliyində müəyyən edilmiş qaydada baxılır və təsdiq edilirdi.

Qərar "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 6.6-cı bəndinin icrasını təmin etmək məqsədi qəbul olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA