4 uşaq anası xəstəxanada öldü - Azərbaycanda

img

08-10-2016 [16:52]


İsmayıllı rayonunda 4 uşaq anası dünyasını dəyişib.

Rayonun Mirzə Ələkbər Sabir küçəsində yaşayan 45 yaşlı Nəzakət Dəmirova kəskin ağrılarla İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında çatdırılıb. Həkimlər ilk tibbi yardımdan sonra xəstəyə kəskin bağırsaq keçinməzliyi, ürək-damar çatışmazlığı diaqnozu qoyaraq təcili cərrahiyə əməliyyatı olunmasına qərar veriblər.

Ailəsinin icazəsilə xəstə cərrahiyə şöbəsinə qaldırılarkən dünyasını dəyişib. Nəzakət Dəmirovanın ölməsinə səbəb kimi xəstəxanaya gec çatdırılması göstərilir. Mərhumun həyat yoldaşının sözlərinə görə o, son 10 ilə yaxındır ki, bu xəstəliyi tez-tez yüngül formada keçirib. Bu dəfə də xəstənin eyni duruma düşməsinin keçici olacağını zənn edən yaxınları onu ağırlaşdıqdan sonra xəstəxanaya çatdırıblar və həyatını xilas etmək mümkün olmayıb.

ARB TV

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA