08-10-2016 [16:53]
Bu gün Partiya başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən BQP Siyasi Qurulunun iclasında partiyadaxili, eləcə də ölkə və dünya gündəmində yer alan digər məsələlər müzakirə edilib.
Partiyadan Mia.az-a verilən məlumata görə, Siyasi Qurulda partiya üzvlüyünə qəbul olunmaq üçün fərdi şəkildə edilən çoxsaylı müraciətlərə baxılıb və bununla bağlı müvafiq qərar qəbul edilib.
İclasda partiya Başqanı F.Mustafanın müstəqillik gününün dekabrın 29-da qeyd edilməsi ilə bağlı təşəbbüslə çıxış etməsinə dəstək ifadə edilib.
Qeyd edilib ki, "1991-ci il dekabrın 29-da Azərbaycanın dövlət müstəqilliyi haqqında Ali Sovetin Konstitusiya Aktının qəbul olunması ilə bağlı keçirilən referendumda seçicilərin mütləq əksəriyyətinin qoyulan məsələnin lehinə səs verməsi ilə Azərbaycanın xalqının iradəsi ortaya qoyulub. Referendum Aktı birbaşa xalqın iradəsinə söykəndiyindən həmin bayramın məhz bu tarixdən hesablanması daha legitim və mötəbər hüquqi əsaslar yaradır”.
Siyasi Qurul Roma Papası Fransiskin Azərbaycana səfəri və səsləndirdiyi fikirlərə münasibət bildirib.
Bütövlükdə səfərin əhəmiyyətli olması, tolerant ölkə reallıqlarının birbaşa ali katolik nümayəndə heyəti tərəfindən müşahidə edilməsi, xüsusən də Azərbaycan Prezidenti ilə Papanın görüşündə Dağlıq Qarabağ məsələsini gündəmə gətirilməsi, işğalçı Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsi və Azərbaycan dəyərlərinin katolik dünyasında tanıdılması baxımından faydalılığı qeyd edilib:"Bununla yanaşı Papanın xristian təəsübkeşliyindən xilas ola bilməməsi, problemlərə yanaşmasında ikili standartlara yol verməsi açıq şəkildə özünü biruzə verdi. Vatikan liderinin eyni problemlər yaşayan iki ölkəyə-Gürcüstan və Azərbaycana fərqli münasibətlər göstərməsi, çıxışlarında bir ölkənin ərazi bütövlüyünə açıq dəstək ifadə etməsi, digəri haqqında isə bir dəfə də olsun, işğal barədə söz etməməsi, Ermənistanın təcavüzkar siyasətini qınamaması Papanın səmimi olmamasını göstərdi”.
İclasda bu yaxınlarda Moskvada keçirilən separatçıların növbəti "paradında” Dağlıq Qarabağ və talış separatçılarının iştirakına münasibət bildirilib.
Qeyd edilib ki, həm Qarabağ, həm də talış separatçıları çıxışları zamanı Azərbaycan dövləti əleyhinə təxribat xarakterli ciddi ittihamlara yol verilib, habelə Nuru Paşanın Azərbaycana gəlişi zamanı kütləvi miqyasda talışların Qafqaz İslam Ordusu tərəfindən məhv edildiyi ilə bağlı cəfəng fikirlər səsləndirilib: "İstər ermənilərin, istərsə də vətən xaini talış separatçılarının guya Nuru Paşanın kütləvi şəkildə həmin xalqları qətl etməsi barədə iddiaları tarixi həqiqətlərlə yaxından və uzaqdan əlaqəsi olmayan uydurmadan başqa bir şey deyil. Tarix Nuru Paşanın Azərbaycanda yalnız müsəlmanları qətl edən vəhşiləşmiş ermənilərdən qisas aldığına şahidlik edir. Talışların qətl edilməsi ilə bağlı fikirlər isə təkzibə ehtiyacı olmayan iftiradır. Çünki, Qafqaz İslam Ordusu mənsublarının əxz etdiyi türk-islam mənəviyyatı və əxlaqında "MİLLƏT” yox "ÜMMƏT” anlayışı əsas götürülür. Talışlar da dini məsubiyyətlərinə görə özlərini bizlər üçün fəda edən türk əsgərlərinin qoruması altında olublar”.
BQP Siyasi Qurulu ümid edir ki, talış xalqının ləyaqətli övladları, ictimai-siyasi xadimləri, qeyri-hökumət təşkilatlarının fəalları, ziyalılar xalqına iftira atan, ermənilərin əli ilə yazılan ssenaridə rol alan xəyanətkarlara tutarlı cavab verməklə ölkə ictimaiyyətinin gözləntilərini doğruldacaqlar.
İclasda ABŞ-ın Dövlət katibi C.Kerrinin Dağlıq Qarabağ məsələsinin həllinə münasibətdə səsləndirdiyi fikirlərə etiraz edilib.
Bildirilib ki, C.Kerrinin "Müasir dünyada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür”-deməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ-ın üzərinə götürdüyü öhdəliklərə, beynəlxalq hüquq normalarına və adı çəkilən ölkənin prezidentinin status-kvonun qəbuledilməzliyi ilə bağlı rəsmi bəyanatna ziddir: "BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətin ali vəzifəli şəxsinin belə fikir səsləndirməsi əslində, ABŞ-ın münaqişənin həll olunmamasında maraqlı olduğunu, problemə əhəmiyyətsiz yanaşdığını, illər ərzində işğalçını qorumağa hesablanmış ənənəvi siyasətlərinin davam etdirildiyinin etirafıdır”.
Siyasi Qurul cari məsələlərin müzakirəsi ilə öz işini yekunlaşdırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi