Bu qurumun nizamnaməsi və strukturu təsdiq edildi - Hökumət qərarı

img

08-10-2016 [15:48]


Azərbaycan Nazirlər Kabineti "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsini və strukturunu təsdiq edib.

NK-dan verilən məlumata görə, cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Cəmiyyətin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Cəmiyyət onun nizamnaməsi ilə müəyyən edilmiş məqsədlər üçün lisenziya tələb olunan fəaliyyət növü ilə yalnız belə lisenziya aldıqdan sonra məşğul ola bilər. Cəmiyyətin nizamnamə kapitalı 15 000 000 manatdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA