Bir gündə 1061 sürücü, 504 piyada cərimələndi - Rəsmi

img

08-10-2016 [14:38]


Bakı şəhər Baş Polis İdarəsinin dünən paytaxtda apardığı kompleks tədbirlər yol hərəkəti iştirakçılarına da şamil edilib.

Yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində Dövlət Yol Polisi Xidmətinin əməkdaşları tərəfindən paytaxt ərazisində ümumilikdə yol hərəkəti qaydalarını pozmuş 1.565, onlardan kobud qayda pozuntusuna yol vermiş 223 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub.

O cümlədən çoxavazlı səs siqnalı, səsboğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər əlavə avadanlıqlar quraşdırılmış 68 nəqliyyat vasitəsi müvəqqəti duracağa yerləşdirilib, ödənilməyən cərimələri olan 192 nəqliyyat vasitəsi aşkar edilib. Həmçinin 1 avtoxuliqan saxlanılıb, avtomaşını sərxoş halda idarə edən 40, eləcə də dayanma-durma qaydalarını pozmuş 395 sürücü və yolu müəyyən olunmamış yerdən keçən 504 piyada barəsində tədbirlər görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA