07-10-2016 [21:48]
Məlum olduğu kimi, oktyabrın 6-da saat 17 radələrində Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati binasının yaxınlığında Abşeron rayonu Pirəkəşkül qəsəbə sakini Cəmil Məmmədov intihar məqsədilə özünü yandırıb.
C.Məmmədovun intihara cəhd etməsinə səbəb isə avtomobilinin müvəqqəti duracaqda yerləşdirilməsi olub.
Məlum olayla bağlı açıqlama verən DİN C.Məmmədovun idarə etdiyi avtomobillə bağlı 463 ədəd elektron protokol tərtib olunduğunu, adıçəkilən şəxsin 43.000 manat məbləğində cəriməsi olduğunu bidlirib.
Maraqlıdır, bir sürücü ilə bağlı 43 min manat məbləğində cərimə tətbiqi nə dərəcədə normaldır? On min manatlarla cərimə borcu olan sürücünün 6 oktyabr tarixinə qədər avtomobil idarə etməsi necə mümkün olub?
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məsələ ilə bağlı bəzi nüanslara diqqət çəkib:
"C.Məmmədovun maşını mühafizə olunan duracağa yerləşdirilib. Buna səbəb avtomobilində görünüş dairəsini məhdudlaşdıran əlavə avadanlığın quraşdırması olub. Saxlanılan zaman məlum olub ki, C.Məmmədov sürücülük hüququ olmadan avtomobili idarə edib. Bu şəxslə bağlı bir il ərzində 463 elektron protokol tərtib olunub. Elə gün olub ki, bir gündə 2-3 dəfə müxtəlif qayda pozuntusuna görə onun barəsində elektron protokol tərtib edilib.
Dünən isə Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən avtomobil müvəqqəti duracağı yerləşdirilib. Sürücü haqqında müvafiq tədbir görülüb”.
K.Əliyev 43 min manat məbləğində cərimənin yığılıb qalmasının isə müxtəlif səbəbləri ola biləcəyini qeyd edib:
"Bunun müxtəlif səbəbləri ola bilər. Ola bilsin ki, məktublar ona çatmayıb.
Məsələ bundadır ki, adətən bir il ərzində bir sürücü barəsində maksimum 10-15 protokol ola bilər. Yoxsa 463 ədəd protokol olmur.
Görünən odur ki, bu şəxs II qrup əlil olmasından istifadə edərək çoxlu sayda qayda pozuntusuna yol verib. Özünü yandıran zaman yüngül dərəcəli yanıq xəsarəti alıb.
Ola bilsin ki, o, bunu məsuliyyətdən yayınmaq üçün edib. Lakin hər halda sürücü II qrup əlil olmasına, idarə etdiyi avtomobilin ona dövlət tərəfindən verilməsinə baxmayaraq, mövcud qayda-qanunlara riayyət etməlidir. Fikirləşməlidir ki, o, hərəkətləri ilə yalnız öz həyatı üçün deyil, digər insanların da həyatı üçün təhlükə yaradır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi