07-10-2016 [15:25]
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün Abşeron rayonu və Bakı şəhərində torpaqların qanunazidd istifadəsi, heç bir sənəd olmadan özbaşına zəbti və hasarlanması ilə bağlı monitorinq və reydlər aparılıb.
Bu barədə Komitədən məlumat verilib.
Bildirilir ki, Abşeron rayonunun Qobu və Saray qəsəbələrində keçirilən reydlər zamanı ümumilikdə 7 hektardan çox əkin və örüş torpaqlarında müxtəlif təyinatlı tikinti işlərinin aparılması halları müəyyən edilib.
Məlum olub ki, Qobuda fiziki şəxslər tərəfindən belə torpaqlarda yaşayış kompleksi, beton zavodu və anbar tikilib. Saray qəsəbəsində isə örüş sahəsində fiziki şəxs tərəfindən avtoservis binasının tikintisi aparılıb. Digər pozuntu faktlarına isə Bakının Xəzər rayonunda rast gəlinib.
Bunların sırasında Zirə, Türkan qəsəbələrində kənd təsərrüfatı təyinatlı təyinatının kobudcasına dəyişdirilməsi faktı aşkar edilib.
Belə ki, ümumilikdə 100 hektara yaxın örüş sahəsində müxtəlif fiziki və hüquqi şəxslərin tikdiyi daş karxanaları müəyyən olunub. Üstəlik 100 hektar torpaq sahəsinin hamısının sənədləşdirilmədiyi, heç bir sənəd olmadan 40 hektar sahənin özbaşına zəbt olunması faktı da aşkarlanıb. Oxşar monitorinqlərin Xəzər dənizinin mühafizə zolaqlarında aparılması nəticəsində isə Hövsan və Türkan qəsəbələrinin dəniz sahili zonalarında özbaşına hasarlamalar və sahilə gediş-gəlişin məhdudlaşdırılması aşkar edilib.
Qeyd edilməlidir ki, görülən tədbirlər nəticəsində komitə tərəfindən respublikanın 8 rayonu üzrə icarədə olan lakin istifadəsiz saxlanmış 18 min hektar torpaq sahəsinin icarə müqaviləsinə xitam verilməsi və dövlət mülkiyyətinə geri qaytarılması təmin edilib. İcarədə olan torpaq sahələrinin səmərəsiz istifadə olunması və ya tamamilə istifadəsiz saxlanması ilə bağlı 18 rayon üzrə 23 min hektar torpaq sahəsinin icarə müqavilələrinə xitam verilməsi istiqamətində isə hazırda işlər aparılır.
Bütün bu hallarla bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə akt və protokollar tərtib olunaraq pozuntulara yol vermiş fiziki və vəzifəli şəxslərə təqdim olunub.
Vətəndaşlara hüquq və vəzifələri, eləcə də torpaq qanunvericiliyi və mühafizə zolaqları ilə bağlı tələblər izah olunub. Tətbiq olunmuş cərimələrin 30 gün müddətində büdcəyə ödənişinin məcburiliyi, əks halda qanuna uyğun tədbirlərin görüləcəyi, habelə qərardan 10 gün ərzində şikayət vermək hüququ bildirilib. Xatırladaq ki, müxtəlif dövrlərdə ölkə başçısı tərəfindən verilmiş müvafiq fərman və sərəncamlar ilə torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik də sərtləşdirilib. Bununla bağlı cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti müəyyən edilib.
Trend
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi