Təhsil Nazirliyindən məktəbli çantaları ilə bağlı - MÜRACİƏT

img

07-10-2016 [13:04]


"Azərbaycanda ümumtəhsil səviyyəsində tətbiq olunan həftəlik dərs yükü norması və dərsliklər beynəlxalq standartlara uyğundur”.

Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. O bildirib ki, təqdim olunan dərsliklər, onların sayı, çəkisi uşaqlar üçün nəzərdə tutulan normadan artıq deyil. 

Nazir müavininin sözlərinə görə, valideynlər tərəfindən əlavə olaraq çantaya hansısa resurslar alınıb qoyulursa, bunun şərh etmək çətindir: 

"Çünki bir çox hallarda bu məsələ qaldırılıb və müzakirə edilib. Ancaq görünür ki, çantalara tələb olunan və olunmayan əlavə resurslar da qoyulur. Yəqin ki, hər bir valideyn ona diqqət yetirməlidir ki, çantalara yalnız ehtiyac olunan dərs resursları qoyulsun".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA