Qarabağ əlili özünü yandırdı: Nazirlik reaksiya verdi - 43 min cəriməsi varimiş

img

07-10-2016 [11:01]


Qarabağ müharibəsi əlili Sumqayıtda özünü yandırıb. Cəmil Məmmədov yol polisi əməkdaşlarının onun avtomobilini cərimə meydançasına aparmalarına etiraz əlaməti olaraq üstünə benzin töküb və özünü yandırıb. Hazırda o, bədəninin 80 faizi yandığı üçün 5 saylı xəstəxanaya yerləşdirilib.

***

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov  həmin şəxsin törətdiyi əməllərlə bağlı açıqlama verib. O bildirib ki, C. Məmmədovun Qarabağ müharibəsi iştirakçısı olması ilə bağlı iddialar həqiqətə uyğun deyil:

"Cəmil Məmmədov 1994-cü il təvəllüdlüdür. Perekəşkül qəsəbəsinin sakinidir. Həmin şəxs idarə etdiyi "NazLifan" markalı maşınla rəsmən avtoxuliqanlıqla məşğuldur. Bu günə qədər avtomobili bütün qanunları pozaraq idarə edib. Cəmil Məmmədovun hazırda qanun pozuntularına görə tərtib olunmuş protokollar üzrə 43 min manat cəriməsi var. Onun barəsində 463 elektron protokol tərtib olunub. İdarə etdiyi avtomobildə isə görüntüləri məhdudlaşdırıb”.

DİN rəsmisi qeyd edib ki, C. Məmmədov yol polisi tərəfindən oktyabrın 4-də saxlanılıb və avtomobili duracağa aparılıb: "Hadisəni isə iki gün sonra törədib. Mətbuatın qanunlara hörmət etməyən, polis əməkdaşlarını daim şantaj edən birini Qarabağ müharibəsinin iştirakçısı kimi təqdim etməsi isə rüsvayçılıqdır. Bu məsələ ilə bağlı lazımi tədbirlər görüləcək”.

Cəmil Məmmədovun anası Səlimə Məmmədova Azadlıq Radiosuna açıqlamasında bildirib ki, oğlu 2014-cü ildə - hərbi xidməti bitirməsinə 1 həftə qalmış Ermənistanla Azərbaycanın təmas xəttində gedən döyüşlər zamanı sağ ayağını itirib. Ordudan tərxis edildikdən sonra dövlət tərəfindən ona avtomobil verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA