Sakinlər Bakı-Sumqayıt yolunu bağladılar - Etiraz

img

07-10-2016 [10:53]


Xocəsən qəsəbəsi, Motodrom yaşayış massivinin sakinləri onlara ödənilən kompensasiya ilə razılaşmadıqları üçün bu gün səhər Bakı-Sumqayıt yolunu bağlayıblar.

Sakinlər yaşadığı mənzillərin "Avtovağzal” metro stansiyasının yaxınlığındakı depo tuneli qazılan zaman dağıldığını bildirir:

"Avqustun 15-də bizim və bizim kimi bir neçə qonşunun evi bərbad vəziyyətə düşüb. Metropoliten əməkdaşları evləri boşaltdı, bizi kirayə mənzillərə çıxartdı, tezliklə köçürüləcəyimizi dedilər. İndi bir neçə gündür ki, İcra nümayəndəliyindən gələn şəxslər evin kvadratmetrinin 500 manatdan hesablanacağını deyir”.

Hazırda hadisə yerinə polis əməkdaşları gəlib.

***

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məsələylə bağlı açıqlama verib. Onun sözlərinə görə, Metropoliten hazırda heç bir köçürülmə və yaxud kompensasiya işini icra etmir. Problemlə aidiyyatı qurumlar məşğul olub və olacaq.

qafqazinfo




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA