06-10-2016 [22:18]
Ötən ilin sonunda Rabitə və Yüksək Texnologiyalar Naziriliyinin həbs olunan məmurları ilə bağlı olduqca sensasion məlumat yayılıb.
Mia.az Müsavat.com-a istinadən xəbər verir ki, onlardan ikisi bu gün azadlığa buraxılıb.
Həmin şəxslər "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi olmuş Fətullah Seyidov və qovşağın baş mühasibi işləmiş Rəşad Məmmədovdur.
Məlumata görə, bu gün adıçəkilən şəxslərin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesinin keçiriləcəyi gözlənilirdi.
Ancaq saat 14:00-a təyin edilən məhkəmə prosesinin sonradan rəsmi şəkildə təxirə salındığı elan edildiyi billdirilsə də, sayt iddia edir ki, əslində, məhkəmə prosesi baş tutub və adı çəkilən şəxslər məhkəmənin qərarı ilə azadlığa buraxılıb.
Məhkəmə prosesində baş verən digər hallar barədə dəqiq məlumat yoxdur. Təqsirləndirilən şəxslərin hansı şərtlə azadlığa buraxılması da müəmmalıdır.
Xatırladaq ki, bir neçə gün əvvəl təqsirləndirilən şəxslərin sonuncu məhkəmə prosesindən geniş şəkildə məlumat verilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan ittiham aktında qeyd edilirdi ki, Fətullah Seyidov və Rəşad Məmmədov dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsində, qovşağa daxil olan müəssisələrdə təmir işlərinə ayrılan xərclərin bilərəkdən şişirdilməsində, tenderlər zamanı öz yaxın adamlarına məxsus şirkətləri qanunsuz yollarla qalib elan edilməsində suçlanırlar. Bununla da onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda vəsaiti mənimsəyiblər.
İttihamda o da qeyd edilirdi ki, ümumilikdə 12 milyon manatdan çox vəsait təmir işlərinin görülməsinə, 3 milyondan artıq vəsait isə təmir-tikinti işləri zamanı alınan mallara ayrılıb. Ümumi məbləğ isə 16 milyon 853 min manat olaraq göstərilib. İttihamda göstərilir ki, təqsirləndirilən şəxs Fətullah Seyidov ümumi məbləğin 5 faizini öz şəxsi ehtiyacları üçün xərcləyib. Rəşad Məmmədov isə görülən işlərin 0.5 faizindən qazanc əldə etməkdə təqsirləndirilir.
Məhkəmədə Fətullah Seyidov ifadəsində bildirmişdi ki, ondan işləri necə tələb ediblərsə, o cür də yerinə yetirib. O, ürək xəstəliyindən əziyyət çəkdiyini, ittiham aktında qeyd edilən dəymiş zərəri ödədiyini bildirmişdi. Həmin məbləği də atadan qalma əmlakını sataraq ödədyini elan etmişdi.
Digər təqsirləndirilən Rəşad Məmmədov isə ifadəsində qeyd etmişdi ki, tenderlərdə qalib gələn şirkətlərin kimlərə məxsus olmasından xəbərsiz olub və əlavə qazancı yalnız rəhbərliyin bayramlarda verdiy 100-200 manat olub.
Məhkəmədə şahid qsimində BTRİB-in sabiq direktoru, hazırda həbsdə olan Beytulla Hüseynov da ifadə vermişdi.
O, BTRİB-in rayonlardakı qovşaqlarında görülən təmir-tikinti işlərinə ayrılan xərclərin 20-25 faiz artırılması ilə bağlı deyilənləri təsdiqləyərək nazirlikdə dövlət büdcəsindən ayrılan pulların necə mənimsədiyini təsdiq etmişdi.
Onun bu ifadəsini ilginc edən məqam isə bu idi ki, B.Hüseynov etiraf etmişdi ki, bu göstərişi onlara birbaşa Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilirdi: "Deyilirdi ki, 23 faiz üzərinə qoyularaq işlər görülsün. Qovşaqlarda da bu şəkildə işi icra edirdlər”..
Beytulla Hüseynov mühasib və digər şəxslərə paket şəklində qeyri-rəsmi pul verildiyini də təsdiqləmişdi: "Bütün Azərbaycanda belədir. Bizdə də paket şəklində pul verilirdi”.
Məhkəmədə şahid qimində BTRİB-in keçmiş baş mühasibi Anar Mustafayev də ifadə verərək görülmüş işlərdən, aparılan təmir-tikinti işlərinə görə lazım olan xərclərin 20-25 faiz artırılmasından danışmış və alınan puldan qovşaq rəsilərinin və qovşaqların mühasiblərinin xəbəri olmadığını deyərək həmin məbləğlərin bir başa nazirliyə verildiyini söyləmişdi.
Anar Mustafayev nazirliyin "əlavə qazanc mənbəyi” haqda etirafedici çıxışına bunları əlavə etmişdi:
"Bu 20-25 faiz dərəcəsini mən şəxsən göstəriş vermişəm. Məndən də belə tələb olunub. Müəssisələrdən alınan 20-25 faiz pullarından qovşaq rəsilərinin və mühasiblərin xəbəri olmayıb. Təmir-tikinti işlərini görən şirkətlərdən alınan pullar BTRİB-lə işi görən müəssisələr arasında olurdu. Mühasiblər isə sadəcə olaraq göndərilən sənədlərə qol çəkirdilər. Onların sənədlərə qol çəkməməsi mümkün deyildi. Etiraz edə də bilməzdilər. Hər hansı bir yolla onlar barəsində tədbir görülərdi. 3 gün mühasib işləyən şəxsin belə səhvi olur. Bu səhvlərdən istifadə edərək həmin mühasibləri cəzalandırmaq olardı. Buna görə də heç kim işi üçün etiraz etmirdi”.
Bir daha xatırladaq ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurdular.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi