"Brain Ring” izlə, “Nar”dan hədiyyə qazan” müsabiqəsinin 8-ci mövsümü başladı - Qaliblər

img

06-10-2016 [16:37]


"Nar”ın ənənəvi olaraq dəstək verdiyi "Brain Ring” intellektual bilik yarışlarının 8-ci mövsümü davam edir. 

Şirkətdən Mia.az-a verilən məlumata görə, yarışlarda respublikanın 16 bölgəsi və 8 ali məktəbini təmsil edən 34 komanda bilik mübarizəsi aparır.  

"Brain Ring” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir. Belə ki, verilişin yayımı zamanı "Nar”ın "Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. "Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də "Nar”dan hədiyyə qazanmaq şansı əldə edirlər. 

Sentyabr ayının qalibləri olan "Twitter” istifadəçiləri: Maksim Tsurkov (@MaksimTsurkov), Aynur Əliyeva (@dreaminooo), Mahir Məmmədli (@MahirMəmmədli). 

Ətraflı məlumatı @salamnar "Twitter” hesabından əldə etmək mümkündür. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA