"Deputatla aramda hər hansı bir insident yaşanmayıb" - Qarabağ əlili anlaşılmazlığa aydınlıq gətirdi

img

06-10-2016 [16:22]


"Mənimlə deputat Hacı Madər Musayev və köməkçiləri arasında hər hansı bir insident yaşanmayıb".

Bu sözləri Mia.az-a deputat Hacı Madər tərəfindən döyülməsi barədə xəbərə aydınlıq gətirən 1-ci qrup Qarabağ əlili Faiq Firdovsi oğlu Quliyev deyib.

Onun sözlərinə görə, o, həqiqətən iş üçün Milli Məclisin üzvü Hadı Rəcəblinin qəbulunda olub və onun məsləhəti ilə yaşadığı rayon üzrə deputat Madər Musayevin qəbuluna gedib:

"Lakin onun evində döyülməyim barədə xəbər doğru deyil. Sadəcə, qəbula gedərkən, küçədə tamamilə kənar bir şəxslə aramızda  kiçik söz-söhbət oldu. O an yoldaşım mənə zəng etdi, telefonu açan zaman səsimi eşidib, döyüldüyümü zənn edib. Bir sözlə, həyat yoldaşım həyacana qapılaraq, adımdan belə bir xoşagəlməz açıqlama verib".

Sonda Faiq Quliyev deyib ki, Madər Musayevlə danışıb və deputat onun iş probleminə kömək edəcəyinə söz verib: "Sağ olsun, Madər müəllim dedi ki, ayın 14-də məni yenə qəbul edib, iş məsələsində əlindən gələn köməyi edəcək". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA