06-10-2016 [16:17]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 6-da Bakının Nəsimi rayonunda yeni salınan "Qızılgül bağı” parkında yaradılan şəraitlə tanış oldular.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına və xanımına yeni salınan parkda görülən işlər barədə məlumat verdi.
Yeni parkı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin uzun müddət istifadə olumayan Radio Mərkəzinin 1906-cı ildə inşa edilən binasının ərazisində salınıb. Ümumi sahəsi 6300 kvadratmetr olan istirahət parkı dünyanın məşhur şirkətinin dizaynı əsasında layihələndirilib. Təmir işləri yüksək keyfiyyətlə, müasir tələblər səviyyəsində və qısa vaxtda həyata keçirilib. Əvvəllər Radio Mərkəzinin binası kimi fəaliyyət göstərən tikili də yenidən qurulub. İndi bura kafe kimi fəaliyyət göstərəcək. Təmir zamanı qədim binanın tarixi element və fiqurları yüksək keyfiyyətlə bərpa edilib. Bu isə binanın xarici görünüşün qorunub saxlanılmasına, eyni zamanda, müasir memarlıqla uzlaşdırılmasına geniş imkanlar yaradıb. İstirahət məkanı orijinal elementlər və formalarla daha da zənginləşdirilib, bu da parka xüsusi yaraşıq verir.
Yeni salınan parkda Bakı sakinlərinin, şəhərin qonaqlarının mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var. Park yaradılarkən balacalar da yaddan çıxmayıb. Onlar üçün xüsusi istirahət guşəsi, müxtəlif attraksionlar qurulub. Bu istirahət məkanında yaradılan meydança və fəvvarə ərazinin gözəlliyini daha da artırır.
Parkda aparılan abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən geniş yaşıllaşdırma işləri də diqqəti cəlb edir. Bu işlər görülərkən ərazidə mövcud olan çoxillik ağaclar saxlanılıb. Bundan başqa, parkda 200-dən çox müxtəlif növ yeni ağaclar, gül və bəzək kolları əkilib.
Bu cür yeni müasir istirahət ocağının yaradılması Prezident İlham Əliyevin tapşırığı ilə Bakıda parkların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması işinə bir töhfədir. Bu cür layihənin həyata keçirilməsi həm də ümumilikdə paytaxtımızın simasının gündən-günə gözəlləşməsini bütün dünyaya nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi