Şəhidimiz dəfn olundu

img

06-10-2016 [16:16]


Ötən gün Ermənistanın cəbhədə atəşkəsi pozması nəticəsində şəhid olan əsgər Məmmədov Sahil Sabir oğlu bu gün dəfn edilib.

Şəhid S. Məmmədov anadan olduğu Bərdə rayonunda torpağa tapşırılıb. Şəhidlə vida mərasimi doğulduğu Soğanverdilər kəndində təşkil olunub.

Mərasimə Müdafiə Nazirliyinin zabitləri, şəhidin döyüş yoldaşları, Bərdə rayon İcra Hakimiyyətinin rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Yaylım atəşindən sonra şəhid əsgər kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün Ermənistanın yenidən cəbhə xəttində vəziyyəti gərginləşdirmək üçün təxribat əməllərinə başladığı haqda məlumat yayıb.Məlumata görə, oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub. Nazirlik bildirib ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA