Azərbaycanda Avropa Şurası idman nazirlərinin iclası keçiriləcək

img

05-05-2010 [12:29]


Bu il sentyabrın 21-22-də Bakıda Avropa Şurası idman nazirlərinin toplantısının keçirilməsi nəzərdə tutulur. Azərbaycan Gənclər və İdman Nazilyindən verilən məlumata görə, toplantıya hazırlıqla bağlı Avropa Şurasında müzakirələr başlayıb. Müzakirələrdə Azərbaycanı Nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətəv təmsil edir. Toplantıda əsasən gündəliyin müəyyənləşdirilməsi, mövzular, dəvət olunacaq qonaqların dəqiqləşdirilməsi kimi məsələlər müzakirə olunur. Xatırladaq ki, Avropa Şurası İdman Nazirlərinin 2008-ci ildə Afinada keçirilmiş toplantısında növbəti konfransın Bakıda keçirilməsi qərara alınmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA