06-10-2016 [13:11]
"Ermənistanın yeni baş naziri Karen Karapetyan ölkə iqtisadiyyatında nəsə yenilik etmək və Ermənistanı ağır iqtisadi böhrandan qurtarmaq istəyir. Ancaq onun istəyi azdır. Karen Karapetyan istəyini reallaşdırmaq üçün 3 ciddi maneəni aşmalıdır":
Mia.az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, baş nazirin qarşısındakı birinci maneə idarəetmədəki korrupsiyadır:
"Bu maneəni aşmaq üçün az qala bütün idarəetmə sistemi yenidən qurmalıdır. Ancaq çətin ki, prezident Serj Sərkisyan Karapetyana belə bir imkan tanısın.
İkinci maneə iqtisadiyyatdakı monopoliyalardır. Karapeytan heç bir monopoliya ilə bağlı deyil. O, baş nazir vəzifəsinə Rusiyadan gətizdirilib. Ona görə də məntiqlə Karapetyanın Ermənistandakı monopoliyalarla qarşı mübarizə aparması mümkündür. ncaq o, yenə qarşısında Sərkiysanı görəcək. Çünki Ermənistanda monopoliyalar onun və keçmiş prezident Robert Köçəryanən dövründə kök salıb və onlar bundan imtina etmək istəmirlər.
Üçüncü maneə isə Ermənistanda maliyyə və insan resurslarının tükənməsidir. Bu, digər iki maneədən ən mürəkkəbidir. Kaparetyan "islahat aparacam” desə də, bu işi aparmaq üçün onun nə kifayət qədər maliyyəsi, nə də insani resursu var. Ona görə də Karen Kapapetyan yerində sayacaq".
Politoloq deyir ki, Karen Karapetyan SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə keçmiş köməkçisi Abel Aqanbekyanı məsləhət üçün keçən həftə İrəvana dəvət edib:
"Ancaq Aqanbekyan İrəvanda jurnalistlərə Ermənistan iqtisadiyyatı barədə optimist fikir bildirmədi. Onun "Serj Sərkisyanla iqtisadiyyatı dirçəltmək mümkün olmayacaq” sözləri Ermənistanın hakim elitasına narazılıq yaratdı. "Sərkisyan heç nə bilmir” deyən Aqanbekyan Ermənistanın gələcəyi üçün yaxşı heç nə vəd etmir".
Politoloqun sözlərinə görə, Sərkisyan Aqanbekyanın dediyi kimi iqtisadiyyatda heç nə bilməsə də, hakimiyyətdən imtina etməyəcək. Sərkisyan Konstitusiyanı da ona görə dəyişdi ki, Ermənistanı parlamentdəki çoxluq vasitəsilə idarə edə bilsin:
"Buna baxmayaraq, Ermənistanın bugünkü faciəsində Aqanbekyan Sərkisyan qədər günahkardır. Məhz bu şəxs hələ SSRİ-də yeni başlanan yenidənqurma dövründə "Dağlıq Qarabağ Ermənistana məxsus olmalıdır” fikrini söyləmişdi. Bu Dağlıq Qarabağdakı erməni separatçıları üçün fitil rolunu oynadı. Aqanbekyanın "məsləhəti” ilə Sərkisyan və Köçəryan kimi separatçılar işğala baş vurmasaydılar, Ermənistan Azərbaycanla normal qonşuluq münasibətlərinə çalışsaydı, Ermənistan indiki qədər ağır vəziyyətə sürüklənməzdi. Dağıdıcı yolu seçdilər, bu da nəticəsi.
Bu arada, Ermənistan prezidenti Serj Sərkisyan müdafiə naziri Seyran Ohanyanı Viqen Sərkiysanla əvəz etdi. 1975-ci ildə anadan olan Viqen Sərkisyan İrəvan Dövlət Universitetində, eləcə də Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alıb.
Prezidentin Viqen Sərkiysanı müdafiə naziri təyin etməsi orduda islahatlar aparması istəyi ilə bağlıdır. Aprel döyüşləri göstərdi ki, Ermənistan ordusunın əsgər və zabit heyəti tam komplekləşməyib, ərzaq və geyim təminatı aşağı səviyyədədir, ordudakı pullar yeyilib, generallar bu pullarla İrəvanda özlərinə villalar tikiblər və s.
Yəni Serj Sərkisyan ordudakı bu vəziyyəti dəyişmək üçün müdafiə sistemini keçmiş administrasiya rəhbərinə etibar edib. Yəqin Sərkisyan düşünür ki, Qərb təhsili alan Viqen Sərkiysanı ordunu mükəmməl menecment əsasında quracaq, maliyyə oğurlanmayacaq. Qərb ölkələrində də müdafiə nazirləri adətən mülki şəxslər, siyasətçilər olurlar. Ancaq Qərb ölkələrində oturuşmuş siyasi sistem var. Ermənistan isə müharibə vəziyyətindədir".
Ekspert bildirir ki, Serj Sərkisyan ordunun döyüş qabiliyyəti ilə bağlı məsələləri yeni təyin etdiyi baş qərargah rəisi Movses Akopyana həvalə edəcək:
"Akopyan Azərbaycanla savaş təcrübəsi var, əslən Dağlıq Qarabağdandır, Xocalı soyqırımında iştirak edib. Movses Akopyan yeni təyinatına qədər "Dağlıq Qarabağ Respublikasının” müdafiə naziri olub.
Bu təyinat o deməkdir ki, Serj Sərkisyan keçmiş prezident Robert Köçəryan kimi əsas vəzifələrə, o cümlədən hərbi sahəyə Dağlıq Qarabağ ermənilərini təyin edir: Ermənistana illərdir rəhbərlik edən Qarabağ separatçılarının yerli kadrlara inamları yoxdur. Ermənistanda vəzifədə olan Dağlıq Qarabağ separatçıları Azərbaycanla müharibənin səbəbkarlarıdırlar və bölgədə sülhün əldə olunmasında maraqlı deyillər".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi