05-10-2016 [19:41]
Azərbaycan rəhbərliyi uzun illərdir Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində cidd-cəhdlə çalışır, problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, eyni zamanda sülh yolu ilə həlli üzrə bütün təklifləri nəzərdən keçirir, danışıqlara hazır olduğunu bəyan edir. Lakin işğalçı Ermənistan isə hər dəfə bu danışıqlardan yayınmağa, status-kvonu saxlamağa çalışır. Sözügedən proses bu ilin aprelin əvvəlində cəbhə xəttində baş verən məlum hadisələrə qədər davam edirdi. Məhz aprel döyüşlərindən sonra Ermənistan, eyni zamanda, dünya ictimaiyyətinə agah oldu ki, Azərbaycan işğal altında olan torpaqlarını güc yolu ilə azad etməyə qadirdir və bu onun tam haqqıdır. Ancaq 4 günlük döyüşlər zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri erməni qoşunlarının Azərbaycan Ordusu qarşısında acizliyini görərək, təcili şəkildə atəşkəsin vacibliyini önə çəkdilər və hərbi əməliyyatların dayandırılmasına nail oldular.
Münaqişənin "dondurulmuş” olmadığını görən həmsədrlər problemin həllində xüsusi aktivlik göstərməyə başladılar. Belə ki, danışıqlar prosesi daha da sürətləndirildi, Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri təşkil edildi.
İndi hər kəsin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində ciddi irəliləyişin əldə olunacağını gözlədiyi bir vaxtda okeanın o tayından gələn bəyanatlar Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb oldu. Bu gün ölkəmizdə ABŞ-ın dövlət katibi Con Kerrinin "liderlər buna hazır deyillər” açıqlaması ikili standartların bariz nümunəsi kimi qiymətləndirilir.
Məsələyə münasibət bildirən YAP Siyası Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, Con Kerrinin belə bir bəyanatla çıxış etməsi Minsk qrupunun münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasına tam ziddir: "Bu gün ABŞ dünyanın ən güclü dövlətlərindən biridir. BMT Təhlükəsizlik Şurasının üzvü olan Amerikanın NATO və ATƏT-ə də böyük təsir imkanları var. Təəssüf ki, ABŞ güclü dövlət olaraq ədaləti bərpa etmək əvəzinə, öz xarici siyasətində ikili standartlar prinsiplərinə hələ də "sadiq qalır”. ABŞ həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və onun əsas missiyası qərəzsiz və obyektiv şəkildə Dağlıq Qarabağ münaqişənin həllinə yardımçı olmaqdır. Ancaq görünən odur ki, Con Kerri "liderlər buna hazır deyillər” açıqlaması ilə ABŞ-ın 25 ilə yaxındır həlli uzanan münaqişənin nizamlanmasında o qədər də maraqlı olmadığını ortaya qoyur. Bəs, hər zaman insan hüquq və azadlıqlarından danışan ABŞ rəsmisini 25 ildir hüquqları pozulan 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi narahat etmirmi? Yaxud BMT Təhlükəsizlik Şurasının əsas üzvlərindən biri ABŞ nə üçün elə bu qurumun Dağlıq Qarabağ münaqişə ilə bağlı qəbul etdiyi 4 qətmanənin şərtlərinin indiyə kimi yerinə yetirilməməsinə etiraz etmir? Bəlkə bu, ABŞ-ın maraqlarına uyğun gəlmir? Bəs, hanı o məşhur demokratiya, beynəlxalq hüquq? Görəsən bu anlayışlar nə zamana kimi yalnız bəzi dövlətlərə təzyiq vasitəsi kimi istifadə ediləcək? Təbii ki, bu və digər suallar ölkə ictimaiyyətini narahat edir.”
Vüqar Rəhimzadə bildirib ki, Con Kerrinin erməni sevgisi, xüsusilə də bunu təsdiq edən tarixi faktlar onun bəyanatındakı gizli məqamlara aydınlıq gətirir: "Xatırladım ki, Kerrinin də daxil olduğu bir qrup senator 1990-cı il 20 yanvar hadisələri zamanı Qorbaçova müraciət edərək "160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini” qeyd edib. Bununla yanaşı, Kerrinin 2013-cü ildə Edvard Nalbandyanla görüşündə səsləndirdiyi "Mənim çoxlu erməni dostlarım var. Uzun illər mən dostlarımla Ermənistanda bir sıra müxtəlif məsələlər üzərində işləmişik” fikirlər məsələnin əsl mahiyyətini ortaya qoyur. ABŞ dövlət katibinin ermənilərə simpatiyasını açıq şəkildə büruzə verən bu cür onlarla fakt sadalamaq olar. Ancaq cənab Kerri tutduğu vəzifənin məsuliyyətini, daşıdığı missiyanın əhəmiyyətini başa düşməlidir. Cənab Kerriyə xatırlatmaq lazımdır ki, onun işi işğalçıya güzəşt etmək, işğal faktına göz yummaq deyil, haqq-ədaləti bərpa etməkdir. Beynəlxalq aləmdə dövlətlər arasındakı bu cür qərəzli yanaşmalar qəbuledilməzdir. Əgər ABŞ digər dövlətlərdən insan haqlarına hörmət, demokratiya, ədalət tələb edirsə, özü ilk növbədə bu prinsiplərə əməl etməlidir.”
"İki sahil” qəzetinin baş redaktoru onu da əlavə edib ki, bütün təzyiqlərə, ikili standartlara baxmayaraq, Azərbaycan sona kimi haqlı mövqeyini müdafiə edəcək, torpaqlarının işğaldan azad edilməsinə nail olacaq: "Bütün dünya bilir ki, Azərbaycan işğala məruz qalıb. Təbii ki, status-kvo qəbuledilməzdir. Şübhəsiz ki, gec-tez ədalət öz yerini tapacaq. Ancaq yaxşı olar ki, aidiyyəti beynəlxalq qurumlar və bəzi rəsmi şəxslər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qərəzli, ikili yanaşmaları kənara qoyub problemin nizamlanması istiqamətində səylərini artırsınlar. Çünki bu cür "bəyanatlar” Azərbaycanı haqq yolundan döndərə bilməz.” (Report)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi