Eldar Mahmudov iranın daxili izlər naziri ilə görüzüb

img

04-05-2010 [06:02]


Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov mayın 4-də İran İslam Respublikasının daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MTN ictimai əlaqələr mərkəzindən bildirilib ki, Eldar Mahmudov ölkələrimiz arasında mehriban qonşuluq və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinin, bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin ümumi təhlükəsizliyin təmin olunması işinə, o cümlədən cinayətkarlıqla, onun təhlükəli forma və təzahürləri ilə mübarizəyə öz töhfəsini verəcəyini bildirib. O regiondakı kriminogen şərait, ona təsir göstərən amillər, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və digər məsələlər, habelə bununla əlaqədar görülən adekvat tədbirlər barədə məlumat verib, bu sahələrdə hər iki ölkənin müvafiq strukturlarının əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib. Mustafa Məhəmməd Nəccar isə bu cür görüşlərin transmilli cinayətkarlıqla, o cümlədən beynəlxalq terrorçuluqla mübarizə işində və hər iki dövlətin hüquq mühafizə qurumları arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət daşıdığını söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA