Bakıda universitet müəllimi auditoriyada vəfat etdi

img

05-10-2016 [13:04]


Bakıda fəaliyyət göstərən özəl ali təhsil müəssisələrindən birində ölüm hadisəsi baş verib.

Azərbaycan Universitetində dərs deyən riyaziyyat üzrə fəlsəfə doktoru, 1963-cü il təvəllüdlü Teymurov Rafiq Ağacan oğlu dərs zamanı qəfil yıxılıb. 

Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, R.Teymurov daha əvvəl bir dəfə infarkt keçiribmiş. Yaxınlarının bildirdiyinə görə, onun səhhətində son günlər ciddi problem olmayıb və oktyabrın 2-də toy məclisində iştirak edib.

Vəfat edən müəllim həm də sabiq təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi Riyaziyyat və Mexanika İnstitutunun "Optimal idarəetmə” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışıb.

Lent.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA