05-10-2016 [12:02]
"Bunlar köhnə ittihamlardır. Elşad Abdullayev deyir ki, sübutum var. Mətanət xanım da deyir ki, əgər sübutu varsa, göstərsin, mən də danışım".
Mia.az xəbər verir ki, bu fikirləri Ölkə.Az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərlinin mətbuat katibi Zəminə Rüstəmova Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin "Hürriyət” qəzetinə göndərdiyi məktubunda yazılanlara cavab olaraq səsləndirib.
Rüstəmova bildirib ki, İsgəndərlinin adı keçmiş MTN-in həbsdə olan generalı Akif Çovdarovla da hallandırılıb. Amma onların heç bir tanışlığı olmayıb: "Deyir ki, hər gün efirdəyəm, məclislərdəyəm, sənətimə xidmət edirəm. Bir müddət əvvəl onun adı Akif Çovdarovla da hallandı. O vaxt mən ondan bu haqda soruşanda dedi ki, qızım, Çovdarov kimdir?".
Z.Rüstəmova bildirib ki, vəziyyət belə davam edərsə, əməkdar artist məhkəməyə müraciət edəcək: "Təbii ki, məsələ şişsə, vəkili hüquqi müdaxilə edəcək və məhkəməyə müraciət olunacaq. Çünki Mətanət xanım sənətiylə məşğuldur və şəxsi həyatından yazmağı qadağan edib".
Xatırladaq ki, Elşad Abdullayev məktubunda bildirmişdi ki, Mətanət İsgəndərli həmişə MTN-in birinci müavini general Hilal Əsədovun agenti olub, onunla iş birliyində olub. Hilal Əsədov da Mətanəti bu günə qədər həbslərdən qoruyub.
E.Abdullayevin iddialarına görə, qardaşı Mahir Abdullayevin oğurlanması cinayətinin bilavasitə təşkilatçısı keçmiş MTN-in birinci müavini general Hilal Əsədov olub: "Mətanət İsgəndərlinin mediada cavablarına diqqət yetirdikdə onun əməkdar artisti-müğənni dilində deyil, bir kriminal, professional "oğru dili"ndə danışdığını görürük... Nə qədər ki, Hilal Əsədov və müğənni Mətanət İsgəndərli azadlıqdadır, heç bir vaxt Akif Çovdarovun "MTN işi” cinayətlərinə həqiqi və obyektiv hüquqi qiymət verilə bilməz. Onların hər ikisinin Akif Çovdarovla birlikdə məsuliyyətə cəlb olunmasını tələb edirəm".
Sabiq rektor həmçinin bildirib ki, məlum cinayətin şahidləri müğənni Mətanət İsgəndərlinin ailə üzvləri, bacısı Təranə, dayısı oğlu-sürücüsü Teymur və onun anası, bacısı, prodüseri Ələddin və bu günə qədər mediada ictimailəşdirilən şəxslərdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi