Korrupsiyaya qarşı mübarizə gücləndiriləcək

img

05-10-2016 [10:51]


Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndiriləcək.

Mia.az xəbər verir ki, bununla bağlı Milli Məclisdə yeni qanun layihələrinin qəbul edilməsi gözlənilir. Mübarizə tədbirləri əksər sferaları əhatə edəcək.

Belə ki, bundan sonra tender əməliyyatlarının həyata keçirilməsində şəffaflığın gücləndirlməsi istiqamətində mühüm tədbirlər həyata keçiriləcək. Xüsusilə külli miqdarda vəsaitlərlə müşayiət olunan alqı-satqı əməliyyatlarının, dövlət sifarişlərinin yerinə yetirilməsinə mühüm nəzarət tədbirləri olacaq.

Həmçinin mübarizə təmir-tikinti sferasında həyata keçirilən işləri də əhatə edəcək. Beləliklə də həmin sahəyə çəkilən xərclərin miqdarını müəyyənləşdirmək asanlaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA